Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Fövqelgüc”ler mühendisin müracietine cavab tapmadılar…

10 Temmuz 2016

8:24 pm


11/07/2016 [00:16]: xeber –
İki gün öncə tanınmış mühəndis, əslən Şəkidən olan Rahab Qazıyev sayt vasitəsilə baş nazirin müavini Abid Şərifova, fövqəladə hallar naziri Kəmaləddin Heydərova və Şəkinin icra başçısı Elxan Usubova müraciət edərək öz köməyini təklif etmişdi. Həmin müraciəti bu linkdən oxumaq olar— moderator.az/news/143254.htmlRahab Qazıyev bildirmişdi ki, təmənnasız olaraq Kiş çayı üzərində qurulması nəzərdə tutulan yeni körpünün inşasından tutmuş Şəkidə baş verən son təbii fəlakətin nəticələrinin aradan qaldırıması istiqamətindəki bütün işlərə öz töhfəsini vermək istəyir və Abid Şərifova da xatırlatmışdı ki, onu hələ sovetlər dönəmindən tanıyır və tikinti sahəsində necə mütəxəssis olduğunu da gözəl bilir. Maraqlıdır ki, Rahab Qazıyevin bu müracətindən sonra Abid Şərifov Şəkiyə təşrif buyuraraq selin yaratdığı problemlərin həlli istiqamətində nəzərdə tutulan işlərlə bağlı icra başçısı Elxan Usubovla müzakirələr aparıb. Buna görə də sayt-ın əməkdaşı yenidən Rahab Qazıyevlə əlaqə saxlayaraq müraciətinə qarşı tərəfdən hər hansı cavab və ya reaksiya olub-olmadığı ilə maraqlanıb. Rahab Qazıyev bildirib ki, hələ də müraciətinə cavab verilməyib və o bunu adıçəkilən səlahiyyət sahiblərinin məsələyə siyasi don geyindirməsi ilə əlaqələndirib. Onun qənaətinə görə, Abid Şərifov məmnuniyyətlə onu həmin tikinti işlərinə cəlb edərdi, amma Rəhim Qazıyevin qardaşına iş vermək bu ölkədə cinayət hesab olunduğundan o buna cəsarət etməz. Amma tanınmış mühəndis ümidini üzməyib və hələ də inanır ki, sağlam məntiq hikkə və təkəbbürə qalib gələcək, Şəkinin selə qarşı müqavimət göstərə bilməsi üçün əlindən gələni etməsinə şərait yaradılacaq.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler