Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Fotodakı sirli qadının kimliyi belli oldu

30 Temmuz 2016

9:48 am


30/07/2016 [13:45]: xeber –

Rokun Rollun
kralı Elvis Preslinin 1956-cı ildə bir qadınla çəkdirdiyi fotoşəkil ikona
halına gəlmişdi. Fotodakı o qadının kim olduğu isə 60 ildir ki, sirr olaraq
qalırdı. Nəhayət ki, sirli qadının Barbara Qrey olduğu məlum olub.

sayt xəbər verir ki, Barbara Qrey ilk
dəfə Elvis Presli ilə olan əlaqəsindən danışıb:”1956-cı ildə Elvis
Preslinin Virciniyada qaldığı otel otağına zəng vurdum. Bir saat danışdıq. Məni
konsertinə dəvət etdi. Bir-birimizdən çox təsirləndik.
Konsertdə münasibətimiz başladı”.

80 yaşlı Barbara Qrey əfsanəvi fotonun hekayəsi
haqqında da danışıb:

“O şəkli
konsertdən əvvəl çəkdirdik. Foto mediaya sızdı və məşhurlaşdı”.

 

Barbaranın
aşiqi olan Elvis Presli Nyu-Yorka qayıdarkən ona “Mənimlə gəl” deyib.
Barbara isə getməkdən imtina edib və Elvisə “Bir sevgilim var” deyə
yalan danışıb. Bundan sonra Barbaranın Elvis Presli ilə yolları ayrılıb.

 

İndi bir dəllalla
evli olan Barbara Qrey “Xoşbəxt bir ailəm var. Ancaq Elvis ilə getmədiyim
üçün çox peşmanam” deyib.

Zəhra 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler