Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Foto görüntüler ve düşünçeler – M.Ə.Sabirin neticesi ile

Genel 18 Haziran 2016

5:16 pm


18/06/2016 [21:15]: xeber –
İnsan var ki, hər zaman gördüyü əməllərlə seçilir. İnsan da var ki, düşünçəsi, zehni iti və hər zaman da xatırlanaçaq bir dəyərdə, zaman kəsiyində öz amalı uğrunda vuruşur. Bu amal onu zehni düşünçə təxəyyülünün yeni bir formasında tapır. Həmsöhbət olduğum Nurlan Tahirli tək. Böyük bir qürurla Mirzə Ələkbər Sabir sələfinə məxsus övladın bu gün fikirləri, düşünçələri tamamilə fərqli, yeni həm də rəngarəngdir. Çəkdiyi fotolar sözün əsl mənasında bir dünyadır. Elə bir dünya ki, hər kəs bu aləmdə çox sərbəst və çoşqun bir hisslə özünü görə bilir. Düşünçə təxəyyülünün məhsulu olan bu aləmdə özünü çox rahat hiss edir. Hər zaman məkan və zamanından asılı olmayaraq çəkmiş olduğu hər bir fotonun üzərində böyük məhəbbətlə çalışdığı aydın sezilir. Müasirlik, avanqard  ruhunu əsərlərində əks etdirən Nurlan Tahirli yaradıçılığı stil və janr etibarı ilə daha dolğundur. Nurlan Tahirlinin fotolarda özünü əks etdirən məharəti adi, sadə predmetlərdə qeyri-adiliyi axtarıb tapmağındadır. Gördüklərini belə bacarıqla bölüşmək isə fotoqrafın istedadından və böyük dünyagörüşlü iti zehnindən xəbər verir. Qeyd etmək lazımdır ki, 2007-ci ildən fotoqrafiya ilə məşğul olan Nurlan Tahirli dünyanın müxtəlif ölkələrində əsasən mənzərə, memarlıq, makro və interaktiv panoramik görüntülər çəkərək  yerləri bəzən olduğu kimi, bəzən də görə bilmədiyimiz səpgidə daha dolğun və dəqiq ştrixlərlə  təqdim edir.Nurlan Tahirli 1988-ci ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə İngilis təmayüllü liseyi, 2008-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin İdarəedilməsi fakültəsinin türk dili bölməsini bitirib. Hərbi xidmətini başa vurduqdan sonra isə təhsilini Sakarya Dövlət Universitetinin (Türkiyə) marketinq ixtisası üzrə magistraturasında davam etdirib və 2012-ci ildə bitirib. Fotoqrafiyaya olan ilkin marağı isə 2007-ci ildə Amerikaya səyahəti zamanı yaranıb. O,  Türkiyədə birillik fotoqrafiya kursunda təhsil almış və magistratura pilləsi üzrə elmi tezisini ərsəyə gətirmişdir. Nurlan Tahirli bu tezisində marketinq və fotoqrafiya sahələrini birləşdirərək “ Marka bağlılığına təsir edən amillər: Fotoaparat nümunəsində ” mövzusunda 2012-ci ildə yazmışdır. İlk dəfə 2012-ci ildə “Qırmızı” və “İşıq” adlı foto sərgilərə Türkiyədə qatılmışdır. İlk fərdi sərgisi isə “Yolayrıcında” adı ilə 2015-ci ildə Azərbaycanda keçirilmişdir. Həmçinin Nurlan Tahirli 2013-cü ildən etibarən müxtəlif beynəlxalq foto müsabiqələrə qatılır. 2014-cü ildən Azərbaycan Fotoqraflar Birliyinin üzvüdür.  – Nurlan bəy bu gün Müasir kişi sözünü eşitdikdə neçə reaksiya verirsiniz? Sizcə Müasir kişi neçə olmalıdır?- İnsani dəyərlər baxımından gərək ki, “müasir” və “müasir olmayan” kişi arasında bir fərq olmasın. Amma belə bir ifadənin işlədilməsi bunda dəyişiklik olduğunu göstərir. Bu çox yəqin ki, beynəlmiləşməkdən irəli gələn bir dəyişiklikdir. Zənnimcə bu ifadədə vurğulanan məqam həm geyim, həm də konservativ düşüncədən kənarlaşmış kişi mənasını verir.- Bu günümüzdə olan hər kəsi Müasir kişi adlandırmaq olarmı?- Yuxarıda qeyd etdiyim fikirlərə əsaslanaraq onu deyərdim ki, belə demək tam olaraq doğru deyil. Təbii ki, hər kəs üçün müasirlik fərqli bir məna daşıdığından, o nöqteyi nəzərdən cavablar çox fərqli olacaq. Lakin məncə, necə olursa olsun heç bir zaman “hər kəs” ifadəsini işlətmək mümkün deyil…- Bu günün Müasir kişisinin fəaliyyəti niyə əksər qadınları qane etmir? Yəni bu gün əksər qadınlar ançaq yaxşı pul qazanan, maşını və vəzifəsi olanlara daha çox meyillilik göstərməklə onları Müasir kişi adlandırırlar. Sizcə bu belədirmi?- Doğrusu qadınlar arasında belə bir ifadənin yayılmış olmasına rast gəlməmişəm. Bəlkə də Azərbaycandakı cəmiyyətdən biraz uzaq olduğuma görə. O qadınların “müasirlik” deyərkən nəyi adlandırdıqlarını bilmək lazımdır. Hər gün restoranda şam yeməyi etmək, həftəaşırı uzaq gəzintilərə, yayda ekzotik yerlərə istirahətə getmək  onlar üçün müasir kişi ifadəsi verirsə, təbii ki, “qeyri-müasir” olanlar onları qane etməyəcək. Bu azrulara sahib olmaq təbii bir istəkdir hər kəs üçün. Lakin hər şey imkana bağlıdır. İmkana görə “müasir” və ya “köhnə” demək doğru mövqe deyil.- Bildiyim qədər foto şəkillər cəkməyi daha çox sevirsiniz. Obyektivin gözü ilə baxmaq cətin deyil? – Əslində obyektivin gözü ilə baxmaq olduqca rahatdır. Lakin gözünlə gördüklərini onun vasitəsilə göstərmək hər zaman rahat əldə olunmur. Bəzən isə tam tərsi, elə məqamlar olur ki, onlar elə obyektiv vasitəsilə daha gözəl görünürlər.- Obyektivin gözü ilə görünənləri duymaq, bəzən müəyyən anları belə obyektivin yaddaşına köçürmək  asandır, yoxsa cətin?- Daha öncə vurğuladığım kimi, əslində bir mənada rahatdır. Obyektivi yönlədirirsən və çəkirsən. Lentli fotoqrafiyadan bu zamana doğru çox böyük dəyişikliklər baş verib bu sahədə və foto böyük ölçüdə rahatlaşıb. Hətta nəzərə alsaq ki, artıq çəkilən foto şəklin nəticəsini həmin an görə bilirik, düşünürəm ki, bundan daha rahat heç nə ola bilməz. Lakin bu işin çətinliyini onun incəlikləri əhatə edir. Bəzən bir kadr üçün sadəcə bir neçə dəqiqə sərf etmək kifayət etmir. Daha uzun zaman və bir neçə cəhd tələb edən işlər olur.  Bəzən isə bütün cəhdlərin boşa getdiyi zamanlar belə olur.- Keçirilən sərgiləriniz barədə nə deyə bilərsiniz?- Sərginin həyata keçməsi əslində bir növ gözlənilməz oldu…Bunun üçün uzun zaman öncə düşünülmüş plan yox idi. Anam Sevda xanım Tahirlinin təkidi olmasa idi yəqin ki, çox yaxın zaman ərzində də olmayacaqdı. Sərginin necə olacağı barədə də heç bir fikrim yox idi. Onun dolğun keçməsi məni olduqca sevindirdi. Üzən məqam isə aralarında görmək istədiyim, lakin görmədiyim insanlar olsa da, digər yandan isə təsadüfən yoldan keçərkən ziyarət edən qonaqların olması xüsusi sevindirici hal idi. Diqqət mərkəzində olmaq və hər kəsdən suallar almaq, bu sualları cavablandırmaq hər kəsə istədiyim qədər diqqət ayırmağıma imkan vermədiyi üçün üzülürdüm. Lakin ümumilikdə bu çox gözəl bir hiss idi. – Bu gün sizə rəssam ol desəydilər neçə zamanla rənglər dünyasını eyniləşdirmək cətin olmazdı? -Ümumiyyətlə heç rəssam olmaq, rənglər dünyasının yaratdığı gözəllikləri canlandıra bilərdiniz? – Rəssam olmaq hələ kiçikkən arzum idi. Yəqin ki, o yaşlarda bu çox şagirdin istəyi olub. Lakin bunda nə xüsusi bir bacarıq, nə də ki əl qabiliyyətimi sezmişəm. Rəssamlıq məncə daha çətin bir sənətdir. Onun fotoqrafiyadan fərqliliyi tam azad məkan olmasıdır. Orada tam olaraq öz təsəvvürünə əsaslanırsan. Ayıq halda belə bir təsəvvürlər zehnimdə yer almasa da, lakin bəzən hipnaqoqik (yarıyuxulu) halda bir sıra abstrakt səhnələri görürəm. Rəssam olsaydım onlardan çox faydalana biləcəyimi  düşünürəm.- Maraqlıdır, hansı rəngləri daha çox sevirsiniz?- Bənövşəyi və mavi rəngin tonlarını. – Mirzə Ələkbər Sabir kimi bir şəxsiyyətin nəticəsiniz. Bu gün Mirzə Ələkbər Sabir və onun yaradıçılığı, onun personajları real həyatda cəkdiyiniz şəkillərə sirayət edibmi?- Hal-hazırda yaradacılığımda bununla bağlı meyarlar öz əksini tapmasa da, bir qədər öncə buna bənzər bir ideyanı əhatə edən fikir ərsəyə çıxmışdı, bir sənətkarla söhbət zamanı. Bu barədə ortaq bir işimiz olacağını düşünürük.- Mirzə Ələkbər Sabir bu gün dövrümüzün müasiri olsaydı Müasir kişiləri sizcə necə dəyərləndirərdi? “Xan dostu amandı qoyma gəldi, Didarı yamandı qoyma gəldi” – deyimi iləmi? Ya fərqlimi?- Düşünürəm ki, bu çür deyərdi : “Hər bir gədə bir az oxuyub adəm olubdur. Zakonu bəyənməz, çoban-çoluq oğlu bəy ilə bahəm olubdur, hamunu bəyənməz. ”- Daha çox hansı cəkdiyiniz şəkil sizin ümumi fikirlərinizin tamlığını təşkil edib? – Zamanla olduqca fərqli janrlara müraciət etdiyimdən, hamısını bir müstəvidə əhatə edən bir fotoşəkili xatırlamıram. Lakin içlərində Budapeştin Elizabet körpüsü sanki mənim düşüncələrimi tam əhatə edən bir kadrdır.- Qarşıda hansı yeniliklər gözlənilir? Yaradıçılığınızda və şəxsi həyatınızda.- Yaradıcılığımda və şəxsi həyatımda köklü dəyişikliklər gözlənilmir hal-hazırda. Lakin yaradıcılıqla bağlı onu əlavə etmək istərdim ki, yaxın zamanlarda qalereyaya yeni fotolar əlavələr olunacaq. Bunların içində Azərbaycan Metropolinetininə hədiyyə etdiyim, dünyanın ən gözəl metro stansiyaları siyahısına daxil olan Nizami metro stansiyasının və qısa zaman öncə səyahətim zamanı hava limanında təyyarə uçuş zolağında həyata keçirilmiş 360 dərəcəli panoramik fotoları yer alacaq.- Uğur olsun.Anar BürcəliyevTeatrşünas




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler