Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Formula-1”le bağlı Bakıya devet edilen müğennilere ayrılan vesaitler açıqlanmalıdır”

Genel 18 Haziran 2016

9:20 am


18/06/2016 [13:18]: xeber –
Bakıda keçiiləcək “Formula-1”
yarışları ilə əlaqədar olaraq ölkəmizə bir çox musiqiçi gəlib ki, bunların
arasında Enrike İqlesias kimi dünya nəhəngləri də
mövcuddur. Dünya ulduzlarının Bakı səfəri ictimaiyyət tərəfindən maraqla
qarşılansa da, bu müğənnilərə külli miqdarda vəsaitin ayrılması ilə bağlı
mediada yer alan qeyri-rəsmi məlumatlar da böyük narahatlıqla qarşılanır.

Məlumat
üçün qeyd edək ki, bir müddət bundan öncə gənclər və idman naziri Azad Rəhimov “Formula-1”lə
bağlı xərclərin kommersiya sirri olduğunu bildirərək, bu barədə məlumat verməkdən
imtina etmişdir.

Maraqlıdır,
“Formula-1”ə dəvət alan müğnnilərə ayrılan vəsaitin ictimaiyyətə açıqlanmaması  doğrudurmu? Burada kommersiya sirri varmı?
Xalqa məxsus olan vəsaitlərin xalqdan gizli saxlanılması nədən xəbər verir?

Məsələ
ilə bağlı sayt-a açıqlama verən “Turan” İnformasiya Agentliyinin rəhbəri
Mehman Əliyev yarışlara dəvət edilən müğənnilərə veriləcək vəsaitin xalqdan
gizli saxlanılmasının yolverilməz olduğunu qeyd edib:

“Əlbəttə ki, “Formula-1”lə bağlı dəvət edilən müğənnilərə
ayrılan vəsaitlər açıqlanmalıdır. Çünki onlara verilən pullar xalqa məxsusdur. Onlar
xalqın qabağında hesabatlıdırlar. Kimə nə qədər vəsaitin ayrıldığını hamı bilməlidir.
Xalq bilməlidir ki, bu tədbirdən kimə nə qədər pul çatıb. Əgər bu açıqlanmırsa,
bu məlumatlar xalqdan gizli saxlanılırsa, deməli baş verənlər korrupsiyadır. ”.

 

Seymur Əliyev 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler