Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Formula-1 sıravi avropalının Azerbaycanı tanıtması üçün fürsetdir

20 Haziran 2016

11:44 am


20/06/2016 [15:41]: xeber –
Odlar Yurdunun paytaxtı Bakı öz tarixində daha bir mötəbər beynəlxalq idman yarışına ev sahibliyi etdi. Növbəti dəfə bütün Avropanın idman nəbzi Bakıda – Şərq ilə Qərbin koloritinin cəmləşdiyi bu nadir şəhərdə döyündü.Formula-1 Avropa Qran-prisinin paytaxtın Azadlıq meydanında keçirilən möhtəşəm açılış mərasimi maraqlı anlarla yadda qaldı. Bu, dünyada yarım milyard tamaşaçı auditoriyası olan Formula-1 yarışının Bakıda keçirilməsi ölkəmizin beynəlxalq idman aləmində qazandığı uğurları bir daha əks etdirdi.Beynəlxalq idman aləmi müstəqillik yolu ilə uğurla addımlayan Azərbaycanı bir daha tanıdı. Qədim tarixə, zəngin mədəniyyətə, milli mənəvi dəyərlərə, ən əsası da parlaq idman ənənələrinə malik ölkəmizin güclü potensialına bələd oldu. Dünya, qarşıya qoyulan hər bir məqsədin, niyyətin sürətli inkişafı ilə örnək olan Azərbaycanda necə uğurla reallaşmasına şahidlik etdi. Milli mədəniyyətimizi Formula-1 dəyərləri ilə birləşdirən açılış mərasimində alov, su, külək, irəli və birlikdə rəmz və modellərinin vəhdəti könüllülər, azərbaycanlı sənətçilər, milli qruplar və beynəlxalq ifaçılardan ibarət 626 nəfərlik heyət tərəfindən təqdim edildi.Azərbaycan kimi ölkələrin ilk öncə dünyada mədəni platformada geniş tanıtımına ehtiyac var. Bu baxımdan da hər hansı idman və ya mədəni kütləvi beynəlxalq tədbirin əhəmiyyəti əvəzsizdir. Formula-1 zaman ölkəyə gələn minlərlə insan həm də öz ölkələrində müsbət mənada təbliğatçıdırlar. Və ölkənin problemlərinin tanıtımında faydalı işlər görə bilərlər. Düşünürəm ki, Formula-1 yarışları Azərbaycanı Avropada daha yaxşı tanıdacaq. Bu cür idman yarışları Azərbaycanı Avropada təbliğ edir. Qərb dünyası Azərbaycan dəyərlərini və Azərbaycanın yaşam tərzini daha yaxından izləyə biləcək. Formula-1 bizim üçün çox böyük qazancdır. Bu yarışlar bizim üçün çox əhəmiyyətlidir. Bəzən dövlətlər buna minlərlə pul xərcləyir ki, belə bir tədbir ölkəsində keçirilsin və onun da sayəsində ölkəsini tanıda bilsin. Sıravi avropalının Azərbaycanı tanıtması üçün yaxşı fürsətlərdən biridir. Biz də bundan lazımınca yararlanmalıyıq.Üç gün ərzində davam edən yarış beynəlxalq ictimaiyyətin diqqət mərkəzində oldu. Beynəlxalq tədbirin ən yüksək səviyyədə təşkil olunduğunu görənlərdən bəziləri bunu sevinclə, bəziləri etinasızlıqla, bəziləri isə məyusluqla qarşıladılar. Bəzi “jurnalistlərin” boş tirubunaların şəklini çəkib sosial mediada paylaşması heç də xoşagələn hal deyildi. Bütün çətinliklərə və Qərb mətbuatının bəzi nümayəndələrinin qərəzli mövqeyinə baxmayaraq, bu olduqca əhəmiyyətli tədbirin öhdəsindən ən yaxşı şəkildə gəldik.Elşən Yəhyayev




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler