Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Formula-1”: Serbest yürüşü yene Luis Hamilton qazanıb

Genel 18 Haziran 2016

11:40 am


18/06/2016 [15:37]: xeber –
Bakıda təşkil edilən “Formula-1” üzrə Avropa Qran-prisində üçüncü test yürüşü başa çatıb. Apasport.az saytının məlumatına görə, yürüşdə 11 komandanın 22 pilotu iştirak edib. Belə ki, Luis Hamilton, Niko Rosberq (“Mercedes”), Sebastian Vettel, Kimi Raykkonen (“Ferrari”), Felipe Massa, Valtteri Bottas (“Williams”), Daniel Rikkiardo, Daniil Kvyat (“Red Bull Racing”), Niko Hyulkenberq, Serxio Peres (“Force İndia”), Kevin Maqnussen, Jolion Palmer (“Renualt”), Maks Verstappen, Karlos Saynz (“Toro Rosso”), Markus Eriksson, Felipe Nasr (“Sauber”), Fernando Alonso, Censon Batton (“McLaren”), Paskal Verlyayn, Rio Haryanto (“Manor”), həmçinin Romen Qrojan və Esteban Qutyerres (“Haas”) trasla tanışlıq xarakterli sərbəst yürüşdə mübarizə aparıblar. Pilotlar öz bolidləri ilə bir saat ərzində 6 kilometrlik Bakı trekində yarışıblar. Dünən ilk iki yürüşdə olduğu kimi, yenə ən yüksək göstəriciyə Luis Hamilton imza atıb. İngiltərəli idmançının 1:44.352-lük göstəricisi əlçatmaz olub. Onu “Mercedes”in digər pilotu Niko Rosberq (1:44.610) izləyib. Üçüncü yeri isə “Force İndia”nın pilotu Niko Hyulkenberq (1:45.540) tutub. Qeyd edək ki, saat 17:00-da sıralama yürüşünə start veriləcək.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler