Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Flora Kerimova yubiley merasimini texire saldı…

23 Temmuz 2016

11:08 am


23/07/2016 [15:04]: xeber –
Bu gün Azərbaycan estradasının tanınmış nümayəndəsi, Xalq artisti Flora Kərimovanın 75 yaşı tamam olur.sayt  xəbər verir ki, sənətkar AzNews.az-a açıqlama verərək bildirib ki, yubiley mərasimini sentyabrda keçirəcək: “Yubileyimdir. 75 yaşım tamam olur, amma mən onu bu gün qeyd etməyəcəyəm. Bu gün Ağdamın işğalı günüdür. Bu səbəbdən yubiley mərasimi təxirə salındı. Sentyabrda qızım, oğlum gələcək, o zaman böyük bir tədbir keçirəcəyik. Cavan heyranlarım var, onlar mənim yubileyimi qeyd edir. Məni təbrik edən bütün dostlara təşəkkür edirəm”.F.Kərimova 75 il ərzində çətin tale yaşadığını vurğulayıb:“Bilirsiniz, dönüb geriyə baxanda görürəm ki, çox çətin taleyim olub. Amma mənə olan səmimi münasibət bütün yaşadıqlarımı yadımdan çıxarır. Hamını başıma yığa bilirəm, xalqın qarşısında baş əyirəm. Bu millət bütün xalqlara hörmət edib və edəcək də”.“Azərbaycan mədəniyyəti və incəsənətində göstərdiyiniz xidmətlərə görə əməyiniz lazımınca qiymətləndirilibmi?” sualına sənətkar belə cavab verib:“Mən ömrümdə heç kimlə alver etməmişəm, barterə getməmişəm. Mən vicdan sahibiyəm, mənəviyyat sahibiyəm . Mənəviyyatımı qorumağa çalışmışam. Vicdanıma xələl gətirən münasibəti yaxınıma qoymamışam. Ən başlıcası vicdanımı satmamışam, dəyişməmişəm. Bundan sonra da etməyəcəyəm, bu ağlıma da gəlməz. Bəlkə də buna görə xalqım mənə hörmət edir. İtirməkdən qorxduğum bir şey var, o da övladlarımın, millətimin sevgisi, inamıdır. Nə cənnətə susamışam, nə cəhənnəmdən qorxmuşam. Baş ağrısız yaşamaq mənim üçün böyük hədiyyədir. Təki millətimin gözündən düşməyim”.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler