Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Finlandiyada şahzade Qacarın unudulmuş mezarı aşkar edilib

22 Temmuz 2016

7:56 am


22/07/2016 [11:55]: xeber –
Finlandiya Milli Arxivində araşdırmalar aparan yazıçı-tərcüməçi Tahirə Cəfərova bir sıra dəyərli faktları üzə çıxarıb. Onun tapıntılarından biri də azərbaycanlı general-mayor Əkbər Mirzə Qacardı.  sayt bildirir ki, T. Cəfərova bu barədə Azərtacın Finlandiyadakı xüsusi müxbirinə müsahibə verərək maraqlı faktlar irəli sürüb: ”Finlandiya Milli Arxivinə gəlib bu ölkədə yaşayan azərbaycanlılar haqqında materialları göstərməyi xahiş edəndə, mənə dedilər ki, onlarda belə materiallar yoxdur. Mən onları özüm axtarmağa başladım. Məşhur Bəhmən Mirzə Qacarın nəvəsi şahzadə Əkbər Mirzə Qacar (1854-1919) çar Rusiyası ordusunun Finlandiyada yerləşən hərbi hissələrində xidmət edib, istefaya çıxıb və çox güman, Helsinkidə yaşamağa başlayıb. O, 1919-cu ildə vəfat edib.  Başdaşı illərin təsiri ilə yana yatıb, rəngi tutqunlaşıb və üzərindəki yazılar da zorla oxunur. Görünür, məzar daşındakı yazıları atasını dəfn etməyə gələn oğlu Rüknəddin Mirzə Qacar yazdırıb”.Qeyd edək ki, Əkbər Mirzə Qacar İran taxt-tacının vəliəhdi olmuş məşhur Abbas Mirzə Qacarın nəvəsidir. Onun atası Bəhmən Mirzə Qacar təqib olunduğu üçün Şuşaya pənah gətirmüzərindəki yazılar da zorla oxunur. Görünür, məzar daşındakı yazıları atasını dəfn etməyə gələn oğlu Rüknəddin Mirzə Qacar yazdırıb”.Elmin Nuri




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler