Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Fikret Memmedov Qaxda qebulu keçirecek…

04 Temmuz 2016

12:20 pm


04/07/2016 [16:17]: xeber –
Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən iyulun 8-də Qax rayonunda vətəndaşların qəbulu keçiriləcəkdir.Qəbulda Qax, Zaqatala və Balakən rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.Qəbul Qax rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Qax şəhəri, Nəriman Nərimanov küçəsi, 4) keçiriləcəkdir.Bildirilir ki, vətəndaşlar qəbula Şəki regional ədliyyə şöbəsi (ünvan: Şəki şəhəri, 20 yanvar küçəsi, bina 94, əlaqə telefonu: əlaqə telefonu: (02424) 4-32-18 (055) 634-85-15), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected]/* */ elektron poçt ünvanı vasitəsilə, habelə Qax Rayonu Heydər Əliyev Mərkəzində yazıla bilərlər.Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler