Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Fiaskonun pik nöqtesi, medaldan olan güleşçiler – Rio olimpiadasının 10-cu günü

15 Ağustos 2016

9:16 am


15/08/2016 [13:14]: xeber –
Bugün Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən
XXXI Yay Olimpiya Oyunlarının on birinci günü start götürüb.

sayt xəbər verir ki, dünən-yarışların
onuncu günündə Azərbaycan idmançıları yenə də uğursuzluq zolağından çıxa bilməyiblər. 

Ən çox da yığmanın əsas medal ümidi olan yunan-roma
güləşçilərimizin  büdrəməsi hamıda xəyal
qırıqlığı yaratdı.

59 kq çəki dərəcəsində mübarizə aparan ikiqat
olimpiya gümüşçüsü Rövşən Bayramov hər dəfə asanlıqla qalib gəldiyi rəqiblərinə
bu dəfə həlledici görüşlərdə-yarımfinal və bürünc uğrunda mübarizədə məğlub
olub. Nəticədə çəki dərəcəsinin liderlərindən olan Rövşən Bayramov beşinci yerlə
kifayətlənməli olub.

Avropa Oyunlarının qalibi Elvin Mürsəliyev (75)
yarımfinalın bir addımlığında dayanıb. ¼ finalda macar güləşçisinə  yenilən Mürsəliyev təsəlliverici yarışlara da
qatıla bilməyib.

Millimizin Riodakı bayraqdarı, boksçu Teymur Məmmədov
(81 kq) ötən olimpiadadan fərqli olaraq bu dəfə yarımfinala vəsiqə qazana bilməyib.
O, ¼ finalda qazax boksçusuna 3-0 hesabı ilə məğlub olaraq, medalın bir
addımlığında mübarizəni dayandırıb.

64 kq çəki dərəcəsində mübarizə aparan başqa boksçumuz
Lorenso Sotomayor gücünü 1/8 final mərhələsində sınayıb. Onun rəqibi fransalı
Hassan Amzile olub. 2:1 hesabı ilə qalib gələn təmsilçimiz 1/4 finala yüksəlib.

Qadın velosipedçimiz Olqa İsmayılov sprinter
yarışlarında 27 idmançı arasında 18-ci yeri tutmaqla növbəti mərhələ ilə
vidalaşıb. Bununla da, qadın velosipedçi olimpiadadakı çıxışını başa vurub.

Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler