Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Fetullayevin REAL-ı radikal adlandırması biabırçılıqdır”

02 Eylül 2016

7:40 pm


02/09/2016 [23:38]: xeber –
“Avqustun 17-də ABŞ səfirliyi öz qapılarını radikal REAL təşkilatının fəallarına – Rəsul Cəfərova və Erkin Qədirliyə açır. Və onları səfirliyin hansısa sıravi əməkdaşı, hətta ştatlı diplomatı deyil, səfir Robert Sekuta özü qəbul edir.” Belə bir məqalə ilə çıxış edən jurnalist Eynulla Fətullayev bildirib ki, bəzi səfirliklər ölkəmizdə sabitliyi pozmaq üçün hərəkətə keçiblər. Məhz buna görə müxalifət fəalları ilə son zamanlar intensiv görüşlər keçirilir.  Sekuta ilə görüşdə iştirak etmiş REAL İdarə Heyətinin üzvü Rəsul Cəfərov sayt – a açıqlamasında  E. Fətullayevi fikirlərinə münasibət bildirib:“İlk növbədə Fətullayevin REAL-ı radikal adlandırması biabırçılıqdır. Bu onun qərəzindən irəli gəlir. Bizim bütün proqramlarımız dinc mübarizədən bəhs edir. Diplomatik korpus nümayəndələri ilə keçirdiyimiz bütün görüşlər barədə cəmiyyəti məlumatlandırırıq. ABŞ və Britaniya səfirləri ilə görüşlərimizi də facebook səhifəmizdə və saytımızda yerləşdirmişik. Görüşlərdə müzakirə olunan mövzuları da bildirmişik. Ona görə bizim alnımız açıq, özümüz də rahatıq. Azərbaycanda artıq hamı bilir ki, bu tip yazılar müxalifətə qara yaxmaq üçün istifadə olunur”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler