Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Fetullahçılar 1997-ci ilde Heyder Əliyevi devirmek isteyibler – İDDİA

16 Ağustos 2016

1:52 pm


16/08/2016 [17:50]: xeber –
Azərbaycanda ilk dəfə 1991-ci ildə qeydiyyata alınmış, 1993-cü ilin aprelində isə mənim təsisçiliyimlə təkrar qeydiyyatdan keçmiş və həftədə bir dəfə çıxan “Zaman” qəzeti ola-ola o vaxtkı Mətbuat və İnformasiya Nazirliyi “Kütləvi İnformasiya Vasitələri haqqında” Qanuna zidd olaraq nurçuların “Zaman” qəzetini məndən xəbərsiz qeydiyyata almışdı. Bundan mən 1993-cü ilin yayında xəbər tutmuşdum…. Qəzetimizin növbəti nömrəsi çapa hazırlanan vaxt əməkdaşlarımdan biri gəlib dedi ki, türklərin “Zaman” qəzetinin redaktoru mənimlə görüşmək istəyir. Açığı, mən özüm də onunla danışmağa hazırlaşırdım. Qəzetin adını ona görə “Zaman” qoymuşdum ki, gələcəkdə bütün ölkələrdə bu adda çıxan (“Time”, “Время”, “Hora”, “Zeit” və s.) qəzetlərin alyansını yaradım və bu işə qardaş türklərin “Zaman” qəzetindən (onda mən bu orqanın nurçulara bağlı olduğunu bilmirdim) başlamaq istəyirdim. Türk redaktor məni nəzakətlə qarşılayıb hal-əhval tutandan sonra birbaşa mətləbə keçdi:Kardeşim, sen kendi gazetesinin adından imtina etmeli, çünkü biz burada aynı isimde gazete bırakmaya başladık.Türkiyədə “Aydınlıq”, “Hürriyyət” və s. adlı qəzetlər var. Sabah onlar da bura gəlsələr, bizim qəzetlər adlarını dəyişməlidirlər?Türk redaktor məni məhkəmə ilə hədələdi…Mən bu barədə iradlarımı Mətbuat və İnformasiya naziri S.Rüstəmxanlıya bildirəndə Sabir bəy burada elə bir problem görmədi:Türk qardaşlarımızdır, gəliblər, xahiş ediblər, biz də qeydiyyata almışıq. Açığı, sənin də bu adda qəzet buraxdığın tamam yadımdan çıxmışdı.Mən də məsələni böyütmədim. Amma “xain xoflu olar” deyiblər. Nurçular Mətbuat və İnformasiya Nazirliyinə müraciət edərək, mənim qəzetimi bağlatdırmaq üçün məsləhət istəyiblər. Lakin nazirliyin əməkdaşı hörmətli Xalidə xanım Bağırova onlara başa salıb ki, əgər məhkəməyə müraciət etsələr, Qanuna görə daha sonra qeydiyyata alınmış eyniadlı qəzet kimi onları bağlayacaqlar. Vəziyyətdən çıxmaq üçün qəzetin adına “Azərbaycan” sözünü də əlavə edərək, olublar “Zaman-Azərbaycan”. Lakin “Azərbaycan” sözünü elə formada və o qədər kiçik hərflərlə yazırdılar ki, insanlar əsl “Zaman”la nurçuların qəzetini qarışdırırdı. Qəzetimizin təkcə Bakıda yox, həm də rayonlardakı populyarlığı nurçulara dinclik-rahatlıq vermirdi. 1996-cı ilin yanvarında məni yeni türk redaktorla söhbətə dəvət etdilər. Bu dəfə nurçu cənab tamamilə başqa bir taktika seçdi. Azərbaycanda siyasi və iqtisadi vəziyyətin pis olmasından, iqtidarın bu gün-sabah devriləcəyindən, aranın qarışacağından və s. bir xeyli danışandan sonra dedi:Onda bu gazete sana hiç gerekmeyecek. İşte bu zarfta 10000 dolar var. Al onu gazetesi sat bize. Git kendine iş kur. Biz de yardım ederiz.Mən onun sözünü kəsərək dedim:Azərbaycanda vəziyyət kifayət qədər sabitdir, ölkə də möhkəm əllərdədir. Nə qədər ki, H.Əliyev var, müstəqilliyimiz də olacaq və mənim qəzetim də dövlətçiliyimizə xidmət edəcək. Mən jurnalistəm, öz işimi də sevirəm. Siz isə alver etmək üçün başqa adam axtarın. Elə etməyin ki, eyniadlı qəzet buraxdığınıza görə bu dəfə mən məhkəməyə müraciət edim…Yenə də nurçular işlərini ehtiyatlı tutdular. Türkiyədəki “Zaman”ın Azərbaycan nümayəndəliyinin yeni rəhbəri Mehmet Osman Sönməz “Meydan” qəzetinin sabiq redaktoru Zeynal Vəfaya geniş müsahibə verdi və həmin söhbət “Azərbaycan” qəzetinin 3 fevral 1996-cı il tarixli nömrəsində “Zaman” qəzeti qardaşlığın rəmzidir” adı ilə dərc olundu. Müsahibədə M.O.Sönmez ad məsələsini xüsusi olaraq qeyd edirdi: “…Bir məsələni də xatırladım ki, buradakı “Zaman”la Türkiyədəki “Zaman” arasında kiçik bir fərq var. Buradakı qəzet “Zaman-Azərbaycan” ikən Türkiyədəki yalnız “Zaman”dır…”Bununla da nurçu cənablar özlərini sığortalayırdılar ki, birdən mən məhkəməyə müraciət etsəm, dövlət qəzetindəki bu yazıya da istinad edə bilsinlər.Nurçular təkcə qəzetimizin adını yox, həm də “zaman.az” domenini mənimsəmişdilər. Nəhayət ki, haqq-ədalət öz yerini tapdı – həm qəzetin, həm də saytın fəaliyyəti dayandırıldı. Amma bu hələ başlanğıcdır. “Zaman-Azərbaycan”ın himayəsi altında fəaliyyət göstərən bütün fətullahçı müəssisə və təşkilatların da fəaliyyəti dayandırılmalıdır. Bunu həm Azərbaycan, həm də Türkiyə dövlətinin mənafeyi tələb edir.Adil ZAMAN,“Zaman” və “Ulu Zəngəzur” qəzetlərinin baş redaktoru


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler