Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Fetullah Gülenin tezyiqi qalxdı – Video

17 Temmuz 2016

5:08 pm


17/07/2016 [21:05]: xeber –
Türkiyədə baş verən hərbi çevrilişə cəhddə günahlandırılan Fətullah Gülənin son hadisələrdən sonra ilk görüntüləri yayılıb. Videogörüntülərdə Gülənin səhhətində problem olduğu, buna görə də, onun qan təzyiqinin ölçüldüyü görünür. Əcnəbi jurnalistlərlə görüşən din xadimi hərbi çevirilişə cəhd edənləri tanımadığını və onlarla əlaqəsinin olmadığını bildirib. Ötən gün jurnalistlərlə görüşü zamanı Fətullah Gülən jurnalistlərə açıqlama verib. O, hərbi cəhdin arxasında onun olması barədə irəli sürülən ittihamları rədd edib. Gülən Türkiyədə baş verən hadisələr fonunda ona qarşı təzyiqlərin artdığını bildirib. “Dövlət çevrilişi edənlər mənə təzyiq göstərirlər. Məni hər dəfə istintaqa cəlb ediblər. Ən yaxın insanlar belə bəzən alternativ seçimə dözə bilmirlər. Həsəd və qısqanclıq ünsürləri bəzən insanı pisliklər etməyə vadar edir. Çevriliş cəhdinin arxasında bir çox motivasiyalar ola bilər. Onlar müxalifət partiyalarının, millətçilətçi partiyaların tərəfdarları ola bilər. 15  ildir ki, Türkiyədən kənardayam. Türkiyədə baş verən hadisələri izləmirdim. Baş verən hadisələr əvvəlcədən yazılmış ssenaridir. Lakin mənim kimi bir möminin dəlilsiz ittihamlar etməsi doğru deyil. Belə bir şey etsəm, yalan danışmış, şər atmış olaram”.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler