Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Fetullah Gülenin rehberliyi altında idare olunan şebeke mason lojalarının bir qoludur

22 Ağustos 2016

11:04 am


22/08/2016 [15:00]: xeber –
Krımda törədilmiş terror aksiyası Rusiya ilə Türkiyənin yaxınlaşmasına cavab olaraq planlaşdırılmış təxribatdırsayt Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev ilə müsahibəni təqdim edir:-Kırımda törədilən terror hadisəsindən sonra Rusiya rəsmiləri bu hadisədə Ukraynanı itiham etdi. İlkin araşdırmalar zamanı Rusiya tərəfi terror hadisəsi ilə bağlı faktları ortaya qoyub. Bu terror aksiyası Ukraynaya lazın idimi?-Məsələyə məntiqi yanaşmaq daha məqsədə uyğun olardı, Ukrayna – Rusiya qarşıdurması kimin marağına uyğun gəlir və bu qarşıdurmanı kim yaradıb? Problemə bu pirizmadan yanaşmaq məqsədə uyğun olardı. Məlum məsələdir ki, Ukrayna problemini ABŞ yaradıb və bu problemin həllində də maraqlı deyil. ABŞ tərəfi istəyir ki, Ukrayna və Rusiya arasında gərginlik artsın, bu iki dövlət müharibəyə cəlb etsin. Ukrayna xüsusi xidmər orqanları, müdafiə nazirliyi və digər dövlət qurumları tam ABŞ-ın nəzarətindədir. Hətta Ukraynanın siyasi hakimiyətinin xəbəri olmadan birbaşa əməliyyat həyata keçirmək iqtidarındadılar. Məhz Krımda baş vermiş son terror hadisəsi də, Ukraynanın siyasi hakimiyyətinin xəbəri olmadan, Ukraynanın xüsusu xidmət orqanlarının ABŞ-ın nəzarətində olan qrup tərəfindən törədiməsini ehtimal edirəm. Bayaq dediyim kimi məqsəd iki dövlət arasında münaqişəni qızışdırıb müharibə həddinə çatdırmaqdır. Son zamanlar Rusiya ilə Türkiyənin yaxınlaşması ABŞ-ı çox narahat edir. Krımda baş verən hadisə Rusiya ilə Türkiyənin yaxınlaşmasına cavab olaraq planlaşdırılmış təxribatdır. Məqsəd Rusiyanı Ukrayna ilə müharibəyə cəlb etməklə başını qarışdırmaqdır.-Türkiyədən söz düşmüşkən ABŞ rəsmiləri ilə Türkiyə arasında diplomatik gərginlik davam edir. Buna səbəb də Fətulla GüləninTürkiyəyə təhvil verilməsinə ABŞ rəsmilərinin razılıq verməməsidir. ABŞ F.Güləni Türkiyəyə verəcəkmi?-Fətullah Gülən kimdi ki, ABŞ dövləti onu bu qədər himayə edir. Ona görə ən yaxın müttəfiqi ilə münasibətinə xələl gətirir. Gülənin dünyada yaratdığı şəbəkə sadə məsələ deyi. Yaradılmış bu təşkilatın sturukuru F. Gülənin beyinin məhsulu hesab etmək düzgün olmazdı. Hesab edirəm ki, Gülənin rəhbərliyi altında idarə olunan şəbəkə mason lojalarının bir qoludur. Bu şəbəkənin əhatə darəsini, maliyyə qaynaqlarını, idarə olunma texnalogiyasının analiz göstərir ki, mason təşkilatına bağlı qurumlardandır. Bu gün mason lojalarını ən çox himayə edən, fəaliyyət sahəsi geniş olan dövlətlərdən biri də ABŞ-dır. F. Gülən Türkiyəyə verilərsə ABŞ dövlətinin maraqlarına uyğun gəlsə də, bu mason təşkilatının marağına uyğun gəlmir. Problemin bu qədər uzanması ABŞ rəsmiləri ilə mason təşkilatı arasında razılığın olmamasına dəlalət edir. F.Gülənin Türkiyəyə verilməsi ABŞ rəsmiləri ilə mason təşkilatı arasında razılaşmadan sonra ola bilər.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler