Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Fetullah Gülenin hebsine order verildi

04 Ağustos 2016

7:56 pm


04/08/2016 [23:53]: xeber –
İstanbul məhkəməsi 15 iyul çeviriliş cəhdində ittiham olunan Fətullah Gülənin həbsinə order verib.Qeyd edək ki, Gülən hazırda Birləşmiş Ştatlarda yaşayır.Məhkəmə qərara alıb ki, çeviriliş göstərişini məhz o verib.Ankara onun verilməsini təkid edir, amma bununla bağlı hələ ki, Vaşinqtona rəsmi sorğu göndərməyib.Türkiyə prezidenti Racep Tayyip Erdogan Fətullah Gülənlə bağlı özəl şirkətlərin gəlirdən məhrum ediləcəyini bildirib.O deyib ki, artıq şübhə dövrünü, mübarizə dövrü əvəz edib.Türkiyə hökuməti həmçinin Pakistan hakimiyyətini bu ölkədə Fətullah Gülənə aid məktəbləri bağlamağa çağırıb.Xarici işlər naziri Mövlud Cavuşoğlu Fətullah Gülənin məktəblər, fondlar və mədəniyyət təşkilatlarından ibarət qlobal şəbəkəsi olduğunu deyib.Çeviriliş cəhdindən sonra Türkiyədə 10 mindən çox adam saxlanıb, hərbçi, hakim, müəllim, dövlət qulluqçusu və hətta 100-dən çox futbol hakimi də daxil olmaqla, təxminən 70 min adams işdən kənarlaşdırılıb.Qiyam vaxtı 250-dən çox adam ölüb, 2 minədək adam isə yaralanıb.Hazırda ölkədə fövqəladə vəziyyət rejimidir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler