Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Fetullah Güleni söyürdü”: Adil Öksüzün ifadesi alan prokurordan – AÇIQLAMALAR

14 Ağustos 2016

12:36 pm


14/08/2016 [16:32]: xeber –
sayt Türkiyə mediasına istinadən xəbər verir ki, 15 İyul dövlət çevrilişi cəhdində adı ən çox
hallanan və uzun müddətdir axtarılan Adil Öksüzü mühakimə edən
prokuror Cihan Ergün baş verənlər haqqında danışıb.

 Ona Öksüzlə
bağlı heç bir gizli məlumat verilmədiyini bildirən Ergün bunları danışıb:

“Adil Öksüz adını ilk dəfə eşitdim, simanı da
ilk dəfə gördüm. Əgər Adil Öksüz bir yerin imamı, təmsilçisiydisə bunu bilən
dostlar  qabaqcadan məlumat verməliydilər.
Dövlət xüsusi xidmətlərinin da bunu bilməsi lazım idi. Akıncı Hava Bazasının
yerləşdiyi yerə yaxın ərazidə saxlanmışdı. Ancaq onu qeyd etmək lazımdır ki, tək
Adil Öksüz deyil, yanındakı digər zabitlər də ərazidən toplanıb gətirilmişdi. Hava
qüvvələrinin imamı kimi tanınan Adil Öksüz nəzarətə alındıqda yanında 80 zabit
də vardı”.

“A Xəbər”ə danışan prokuror Öksüzün sorğudakı
ziddiyyətli cavablarından da danışıb:

“Saat 9.00da Keçiörəndən taksi tutdum, orada
tarla almağa gəlmişəm” – dedi. Kimdən alırdınız soruşduğumuzda bir ad
verir. Soyadı nədir soruşduğumuzda cavab vermədi. Eyni şəkildə “Telefonu
yoxdurmu, görüşmədiniz mi” sualımıza da “Yox, telefon yox idi, filankəs
görşdürəcəkdi” cavabını verdi. Filankəsin də nə adını, nə də soyadını demədi.
Qarışıq cavablar verirdi”.

Öksüz dindirilmə zamanı Fətullah Gülənə söyüşlər
yağdırıb. Prokuror bu barədə də danışıb:

“Bunlarla görüşdünüz, əmr alırsınızmı”
soruşanda qəzəblə söyüşlər söydü. Elə bir adamla heç bir bağlılığınını
olmadığını, adlarının belə bərabər çəkilməsinin onu alçaltdığını söylədi”.

Prokuror daha sonra bildirib ki, ifadəsini
imzaladıqdan sonra ona özəl bir sual verdim. Sualıma Fətullah Gülənə bənzər bir
cavab verdi. 

  

Prokuror Ergün Adil Öksüzdən sonra dindirilən digərlərinin
də Öksüzün dediklərinə uyğun cavablar verməsinin diqqətini çəkdiyini bildirib:

“Bir-birini görmədən eyni şeyləri deyirdilər.
Çevriliş barəsində soruşduğumuzda qarışıq cavablar verirdilər. Oraya nəyə görə
getdiklərinin səbəbini konkret izah edə bilmirdilər. Buna görə də tələbimizi
yazdıq, Öksüzün sərbəst buraxılmasına etiraz etdim. Öksüzü mühakimə edən ikinci
hakim isə dəlil yetərsizliyiı səbəbilə sərbəst buraxılması qərarını
verdi”.

 Qeyd edək
ki, dindirilmədən sonra Öksüz Ankara Hava Limanına, oradan da İstanbul Sabiha
Gökçen Hava Limanına keçib. Maşınına minərək Sakarya keçib və izini itirib.
Öksüz hər yerdə xüsusi dəstələr tərəfindən axtarılır.

Rumiyyə 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler