Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Fetullah Gülen teslim edilmese münasibetler korlanacaq – Çavuşoğlu

20 Temmuz 2016

12:44 pm


20/07/2016 [16:42]: xeber –
ABŞ hərəkətə keçməsə, münaisbətlərimizə korlanması qaçılmazdır.sayt xəbər verir ki, bu fikri Türkiyə Xarici işlər naziri “Washington Post”a verdiyi açıqlamasında deyib.Onun sözlərinə görə, ABŞ hökuməti Türkiyəni anlayıb bu ölkədə yaşayan terrorçunu təslim etməlidir: “Bununla bağlı onu demək istərdim ki, ABŞ bunu etməsə, münasibətlərimizə xələl gələcək və bu qaçılmazdır. Bu gün Türkiyənin ən pis terrorçusu ABŞ-da yaşayır və o Türk millətini hədəf alır. Bu bizim üçün qəbuledilməz durumdur”.M. Çavuşoğlu onu da əlavə edib ki, Türkiyə bu çətin günlərində müttəfiqlərindən dürüst hərəkət etmələrini gözləyir. M. Çavuşoğlu onu da əlavə edib ki, məsələni bağlı Con Kerri ilə müzakirə edib: “20 dəqiqədən artıq davam edən danışıq zamanı məsələni yaxşı anladığını və bu qrup haqqında xüsusi xidmət orqanları tərəfindən daha geniş məlumat əldə edəcəyini bildirib. Bundan əlavə olaraq prezident Rəcəb Tayyib Ərdoğan da telefon danışığında məsələni Barak Obamaya anladıb. Bəlkə də onlar bu qrupun nə qədər təhlükəli olduğunu anlamırlar. Çünki Fətullah Gülən Pensilvaniyada yaşayır. Ancaq bu terror aktndan sonra Fətullah Gülənin bir terror təşkilatının rəhbəri olduğunu anlamalıdırlar”.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler