Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Fetullah Gülen meni öldürmek istedi – İbrahim Tatlıses…

04 Ağustos 2016

8:44 pm


05/08/2016 [00:40]: xeber –
sayt xəbər verir ki, beş il əvvəl silahlı hücuma məruz qalan İbrahim Tatlısəs yaşadığı pis hadisələrin məsuliyyətinin Fətullah Gülənin üzərində olduğunu bildirib.İbrahim Tatlısəs son dövrdə yaşadıqlarını bu sözlərlə ifadə edib:”2011-ci ilin mart ayında məruz qaldığım silahlı hücumun təşkilatçısı Abdullah Uçmaq, yenə mənə qarşı etdiyi  bir cinayətə görə həbsdə silahlı hücumdan bir neçə ay əvvəl hakimlər tərəfindən azad edilmişdi. Həbsdən çıxdıqdan sonra bu adam haqqında istintaq açılmış, özü izləməyə alınmış, telefon dinləmələri və texniki təqib edilmişdi. Bu sənədləri açan prokuror, başda Ergenekon olmaq üzrə bir çox qurama iddiasının prokuroru olan və bu an FETÖ daxilində haqqında həbs qərarı olan ancaq yurd xaricinə qaçmış prokuror Cihan Kansızdır.Təbii ki, bu dinləmə və texniki təqiblər edənlər də hakimlə bağlı, FETÖ mənsublu polislərdir. Təəssüf ki, bu edilən izləmə və dinləmələr nəticəsində bu adamın mənə hücum reallaşdıracağı, hücumun gün və saatına qədər FETÖ-çu prokuror Cahan Kansız və FETOCU polislər tərəfindən hücumdan daha əvvəl öyrənilmişdi. Ancaq bunlar o vaxtlar AK TV-də program aparmağım, AK Partiyadan millet vəkilli namizədi olacaq olmağım, nəhayət AK Partiyaya yaxınlığımdan ötəri bu silahlı hücumu əngəlləyə biləcəkləri halda bunu etməmiş və silahlı hücuma məruz qalmağıma şərait yaratmışlar. Nəticədə üst – üstə əleyhimə hüquqa zidd qərarlar çıxmağa başladı. Allahıma çox şükür, sevənlərimizin duası ilə həyatda qaldım və öldürülməmi istəyən bu Fəthullahçı terroristlər xain əməllərinə çatmadılar. Ancaq hadisə burada bitmir, aydın olur ki, mühakimə içərisinə də sızmış bu fətullahçılar bundan sonra da sənədlərimə müdaxilə etməyə qərar verib və üst-üstə əleyhimə hüquqa zidd qərarlar çıxmağa başlayıb”.Elşən Yəhyayev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler