Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Fetullah Gülen Hakan Şükürün eliyle türk futboluna nece tesir edirmiş -Şok iddia

04 Ağustos 2016

10:44 am


04/08/2016 [14:43]: xeber –
Son çevriliş cəhdlərindən sonra Türkiyə mediasında gündəm dəyişmir. Çevrilişə cəhddə günahlandırılan Fətullah Gülən və onun tərəfdarlarının ölkənin bütün sahələrinə aid strukturlarında  adamlarının olması və onların  idarəçiliyə təsir etmələrindən danışılır. Bu kimi söhbətlər artıq futbol cameəsinə də sirayət edib. sayt xəbər verir ki, “Qalatasaray”ın keçmiş futbolçusu Mustafa Kocabəy türk mediasında müsahibəsində gündəmə damğa vuran çıxışlar edib. Onun sözlərinə görə, Fətullah Gülən tərəfdarları futbol üzrə Türkiyə milli komandasına da öz nüfuzunu yeritməyə çalışıblar. Türkiyə Futbol Federasiyasında olan Fətullah Gülən tərəfdarları milli komandanın baş məşqçilərinə işlərində mane olurmuşlar. Bu səbəbdən də ayrı-ayrı dönəmlərdə iki baş məşqçi -Ərsun Yanalla, Abdulla Avcı milli komandadan istefa veriblər. M. Kocabəyin sözlərinə görə, futbol dünyasında Fətullah Gülənə ən yaxın adam məşhur hücumçu Hakan Şükür olub. Ərsun Yanalın da bu səbəbdən millidə ona yer verməməsi federasiyadakı gülənçiləri hiddətləndirib. İş o yerə çatıb ki, Ərsun Yanal baş məşqçi postundan istefa verməli olub. Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler