Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“FETÖ-ye uyanları da, özleri de bilmeden iç qurdu roluna alışdırıldılar”

02 Ağustos 2016

7:04 pm


02/08/2016 [23:03]: xeber –
sayt xəbər verir ki, Türkiyədə yaşayan və çalışan görkəmli alim, filosof Səlahəddin Xəlil terrorçubaşı Fətullah Gülənlə bağlı maraqlı bənzətmədə bulunub:”Deyirlər ki, F.Gülən erməni əslli imiş…Əslini deyə bilmərəm, amma əməlləri erməni dəst-xəttinə çox uyğundu. İki qurd – Çöl qurdu və iç qurdu…Çöl qurdu – boz kurd bizim totemimiz olub. Üz-üzə dayanmaq, üz-üzə vuruşmaq, sözü də üzə demək… Ermənilər hər şeyi mənimsəməyə çalışdıqları kimi, qurd-luğu da mənimsəmək istəyiblər, amma yerlərini rahat axtardıqları üçün iç qurdu olublar. Müxtəlif xalqların içərisində özünə isti yer eləyib, başlayıblar içəridən yeməyə…Onların faciəsi o zaman başlayır ki, hərdən bir çölə çıxmaq məsələsi olur və məcbur olub çöl qurdu kimi davranmağa çalışırlar. Və qara günləri də onda başlayır… Osmanlı İmperiyasında uzun müddət kef çəkdilər və ancaq 1-ci Dünya müharibəsində İmperiya gücə düşəndə rusların təhriki ilə üzə çıxdılar… Amma çöl həyatı onlar üçün deyildi deyə, çöllərdə pələsəng oldular… Sonra Qafqazda azərbaycanlıların, gürcülərin içinə girdilər və bütün yağlı yerlərdə kök atdılar. Amma başları yaxşılıq götürmədi və Sovet İmperiyası gücənəndə yenidən üzə çıxdılar və ruslar onlara çöl qurdu paltarı geydirdi… Amma çöl həyatı onlarlıq deyil deyə, indi bir-birinin içinə girir, onları çölə çıxaranları lənətləyirlər. FETÖ-yə uyanları da, özləri də bilmədən iç qurdu roluna alışdırıldılar. Amma Gülənin özündən fərqli olaraq camaatı erməni əslli olmadığından bu rolu axıracan oynaya bilmədi… və üzə çıxmalı oldular…”(Davamı var)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler