Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

FETÖ-nün “qara qutusu” haqqında ilginc iddialar…

15 Ağustos 2016

6:52 pm


15/08/2016 [22:47]: xeber –
15 İyuldakı dövlət çevrilişinə cəhdə dair istintaq çərçivəsində Ankaradakı Akıncı Bazasında tutulduqdan sonra buraxılan, FETÖ-nün “hava qüvvələri imamı” olduğu iddia edilən Adil Öksüz sanki qeybə çəkilib. 16 iyul səhəri Ankaradakı Akıncı 4-cü Əsas Təyyarə Baza Komandanlığında tutulan və Ankara Qərb Məhkəməsi tərəfindən şərti azadlığa buraxılan Öksüzün tutulması üçün polis və jandarma dəstələrinin axtarışları davam edir. Hər bildirişi dəyərləndirən dəstələr Öksüzün tapılması üçün Sakaryada 33 müxtəlif ünvanda, 15 yaylaq, 124 yaylaq evində, meşəliklərdə gizlənməyə uyğun sahələri axtarış aparıb. 839 nəfərin ifadəsini alan komandirlər qaçaq Öksüzün gizlənə biləcəyi yerlərdə axtarışlar aparıb, qaça biləcəyi istiqamətlərdə hərəkət marşrutunu əngəlləməyə çalışıblar.İstintaq çərçivəsində İstanbul Üsküdarda Öksüzün gizlənib qaçmasına yardımçı olduğu iddiasıyla nəzarətə alınan jurnalist Ərdal Şən ilə təşkilatın Rusiya imamı Əli Sami İldırım 9 avqustda həbs olunub.Ərdal Şenin Öksüzün bacanağı, Əli Sami İldırımın isə qaynı olduğu müəyyənləşdirilib. Ərdal Şən eyni zamanda Prezident Rəcəb Tayyib Ərdoğanın Keçiörəndə yaşadığı binadan qonşusu çıxıb.Öksüzün digər bacanağı Ökkeş Tetik isə 2010 KPSS-dəki usulsüzlük iddialarına dair istintaq çərçivəsində həbs olunub.. 10 avqustda nəzarətə alınan Öksüzün qayınatası Cavad İldırım və qayınanası Xədicə İldırım isə 12 avqustda məhkəmədə ölkədən kənara çıxmamaq şərti ilə sərbəst buraxılıb. Prokuror müavininin Sakarya Sülh Cəza Məhkəməsinə etirazından sonra Cavad İldırım yenidən saxlanılıb. Məhkəməyə sövq edilən Cavad Yıldırım həbs olunaraq Ferizli Həbsxanasına göndərilib.Sakarya Rayon Polis İdarəsinin “Konstitusiyanın pozulması”, “FETÖ silahlı terror təşkilatına üzv olmaq” və “terror təşkilatına maliyyə dəstək təmin etmək” cinayətləri ilə nəzarətə alınan və Öksüzün müəllimi olduğu iddia edilən Sakarya Universitetinin İlahiyyat fakültəsinin müəllim Prof. Dr. Davud Aydüz  11 avqustda Sakaryada həbs olundu.Dövlət çevrilişi cəhdindən əvvəl 11 iyulda Amerikaya gedən, 13 iyulda Türkiyəyə qayıdan və çevriliş gecəsi Akıncı Bazasında olduğu təsbit edilən Öksüzün 4-cü Əsas Təyyarə Bazası Komandanı Hakan Evrimə Baş Qərargah Rəisi Hulusi Akar ilə Fətullah Güləni görüşdürməyi təklif etdiyi iddia edilir.Öksüzün çevriliş cəhdi gecəsi FETÖ üzvlərinə Pensilvaniyanın tapşırıqlarını çatdırdığı və “çevriliş fətvası” verdiyi də irəli sürülür.Sakarya Rayon Polis İdarəsi Terrorla Mübarizə Şöbə İdarəsinin briqadaları ölkə xaricinə çıxışları araşdırıb. Adil Öksüzün 2002-ci ildən bu yana 109 dəfə xaricə səyahət etdiyi müəyyən edilib. SAÜ-də vəzifəyə başladığı 1995-ci ildən etibarən 4 dəfə icazə alaraq xaricə çıxdığı, digər xarici səfərlərin universitet rəhbərliyindən məlumatsız və icazəsiz reallaşdığı bildirilib. Öksüzün ən son 10 May 2012-ci ildə icazəli olaraq xaricə çıxdığı bildirildi.Öksüzün dövlət çevrilişi cəhdindən təxminən bir ay əvvəl həyat yoldaşı və 3 uşağını Amerikada yaşayan digər qaynı Abdülhadi İldırımın yanına qoyduğu öyrənilib.Akıncı 4-cü Əsas Təyyarə Baza Komandanlığında 16 iyul səhərində tutulan Adil Öksüz ifadəsində Ankaraya tarla almağa gəldiyini, Keçiörəndə qohumlarının evində qaldığını və əsgərlərin heç birini tanımadığını bildirmişdi. Sincan Qərb Ədliyyəsi Hakimi Köksal Çelik Öksüzü ölkədən kənara çıxmaması şərtilə sərbəst buraxmışdı. İstintaqını aparan prokuror Mehmet Yılmaz isə bu qərara etiraz edib, Asliyə Cəza Hakimi Çətin Sönməz isə Öksüzün sərbəst buraxılmaması üçün heç bir dəlil olmadığını bildirib. Axtarışlar zamanı Öksüzün Sakaryaya gələrkən istifadə etdiyi “34 SR 49” nömrəli avtomobili Akyazı rayonunda yaşayan qayınatasının evinin qarajında tapılıb. Avtomobilinə baxış zamanı Öksüzün İstanbul-Sakarya, Sakarya-Ankara arasında müəyyən fasilələrlə sürət həddini keçdiyi üçün cərimələndəyi, tədbir olaraq avtomobilində radarı müəyyən edən cihaz quraşdırıldığı oraya çıxıb. Adil Öksüzün sərbəst buraxıldıqdan sonra Ankaraya Hava Limanından təyyarəylə Sabiha Gökçen Hava Limanına getdiyi, 19 iyul səhərə qarşı isə Sakaryanın Akyazı rayonundakı qayınatasının evinə gələrək həyat yoldaşının ailəsiylə görüşdükdən sonra avtomobilini orada qoyub getdiyi aşkar edilib.Digər tərəfdən Adil Öksüzün Fəthullah Gülənlə bir yerdə olduğu video görüntülər ortaya çıxıb. FETÖ-nün aparıcı rollar oynayan bir üzvü olmaqda ittiham olunandan sonra Türkiyəni tərk edib ABŞ-a qaçan Tuncay Opçin Twitter hesabından Adil Öksüzün Gülənlə bir arada olduğu həmin görüntüləri yayımlayıb.Videoda Öksüzün Gülənin qarşısında diz çökdüyü, iki uşağın Gülənə şeir və dua oxuduqları görünür. Videoda Öksüzdən başqa iki qadının da olduğu görünür. Adil Öksüzün Pensilvaniya görüntülərinin nə zaman çəkildiyi isə bilinmir.Rumiyyə 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler