Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“FETÖ-nün kökünü kesmek boynumuzun borcudur” Ərdoğan

14 Ağustos 2016

5:08 pm


14/08/2016 [21:07]: xeber –
İstanbulda AKP-nin yaranmasının 15 illiyinə həsr olunmuş tədbir keçirilib. Partiyanın qərargahında baş tutan mərasimə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan telekonfransla bağlanıb. Çıxışında 15 iyul dövlət çevrilinə cəhdə toxunan prezident FETÖ-çulara qarşı mübarizənin davam etdiriləcəyini deyib: “15 iyulda ölkə tariximizin, öz keçmişimizin ən alçaq hücumu ilə qarşı-qarşıya qaldıq. Millətimizlə çiyin-çiyinə verərək bu xain hücumun qarşısını aldıq. Biz illərlə millətimizə bədəl ödətdirməyəcəyik, demişdik. Heç bir fədakarlıqdan qaçmadıq. Bu alçaqlar həmin gecə 240 vətəndaşımızı şəhid edərək millətimizə bədəl ödətdirdilər. FETÖ-nün kökünü kəsmək boynumuzun borcudur. Bu partiya 15 ildir yarana bilər, ancaq bu partiyanın mübarizəsi 1500 illik qədim bir mübarizədir. AKP-ni var edən və yaşadan İstanbulun fəthinin ruhudur. Bu partiya sadəcə qonşularımızda deyil, hər coğrafiyada axan göz yaşlarını silər. Artıq 15 iyuldan öncəki kimi davrana bilmərik. Heç birimiz davrana bilmərik. Partiya sədri və baş nazir başda olmaqla hər birinizi təbrik edirəm”. /axar.az/


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler