Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“FETÖ-nün en çox nüfuz etdiyi 2-ci ölke Azerbaycandır” – Meşhur iş adamı

17 Ağustos 2016

2:00 pm


17/08/2016 [17:58]: xeber –
Türkiyədə keçmiş polis rəislərinin ittiham olunduqları “Tahşiyecilərə tələ” işi üzrə növbəti məhkəmə iclası keçirilib.Aralarında Fətulla Gülən, Samanyolu Media Qrupunun rəhbəri Hidayet Karaca, keçmiş polis rəisləri də olmaqla ümumilikdə 33 nəfərin ittiham olunduğu proses baş tutub. Məhkəmədə çıxış edən zərərçəkənlərdən biri İnsani Yardım Vəqfinin Qafqaz təmsilçisi olmuş Hüseyn Büyükfırat dünyada FETÖ-nun ən təsirli olduğu ikinci ölkə kimi Azərbaycanın adını çəkib. Azərbaycanda iş adamı olduğunu deyən Büyükfırat Gülənin təşkilatının ondan pul istədiyini, vermədikdə isə ona tələ qurulduğunu deyib:“Azərbaycanda da bu təşkilatın çox geniş fəaliyyəti var. Dünyada bəlkə də, ən təsirli olduğu ikinci ölkə Azərbaycandır. Bu təşkilat məndən pul istədi. Onların gördükləri işlə bağlı “Bir müsəlman olaraq sizə yardım edə bilərəm, lakin mənim öz ölçülərim var. Sizin tələbləriniz buna uyğun deyil, sizinlə heç bir işim olmaz” dedim. Mənə birbaşa olaraq Gülənin Azərbaycandakı imamları xəbərdarlıq etdilər. 2003-cü ildə Azərbaycana girişimə qadağa qoydurtdular”.Lakin şübhəli qismində çıxış edən Ali Fuat Yılmazer isə İHH-nin (İnsani yardım Vəqfi) Azərbaycan və digər bölgələrdə Əl Qaidə-yə və cihadçılara yardım etdiyini iddia edib.Qeyd edək ki, iclas hələ də davam edir.(Qafqazinfo)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler