Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

FETÖ ile PKK-nın çevriliş müqavilesi ortaya çıxdı

08 Ağustos 2016

1:44 pm


08/08/2016 [17:40]: xeber –

Fetullahçı
Terror Təşkilatı ilə (FETÖ) PKK arasında “çevriliş” anlaşması
edildiyi ortaya çıxıb.

Əldə edilmiş məlumatlara
görə, FETÖ PKK-ya 10 – 20 iyul arasında dövlət çevrilişinə cəhd göstəriləcəyini
bildirib və bu təşəbbüsün uğurlu olacağı təqdirdə Rojavanın tanınması üçün dəstək
sözü verib. Bundan başqa, FETÖ və arxasındakı güclərin PKK-nı İrana təhdid kimi
istifadə etməyi planlaşdırdıqları da öyrənilib.

15 İyul dövlət
çevrilişi cəhdindən sonra fərarilik edən FETÖ-çu 9 general, 288 nəfər əsgərdən
60-nın terror təşkilatı PKK-ya sığındığı müəyyən edilərkən iki təşkilat
arasında “çevriliş” anlaşması bağlandığı da ortaya çıxıb. Kəşfiyyat mənbələrindən
verilən məlumatlara görə, FETÖ PKK-ya zərbə ediləcəyini bildirib. Tam tarixi deməyən
FETÖ 10 ilə 20 iyul arasını işarə edib. FETÖ terror təşkilatı PKK-dan təşəbbüsün
müvəffəqiyyətli olacağı halda silahlı qüvvələrini ölkə hüdudlarından çıxararaq,
Qəndilə çəkməsini istəyib. Qəndildə PKK-nı İrana qarşı bir təhdid olaraq
istifadə etməyi planlaşdıran FETÖ və arxasındakı güclər bunun üçün də Rojavanın
tanınması istiqamətində dəstək verəcəklərinə söz verib.

İki terror təşkilatı
arasında müqavilədə PKK-ya dövlət çevrilişi cəhdi gecəsindən etibarən bir müddət
hücum, aksiya keçirməmələri xəbərdarlığı edilib. Çevriliş cəhdinin müvəffəqiyyətsiz
olduğuna görə isə PKK yenidən eylemlərinə başlayıb.Zəhra


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler