Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

FETÖ canavarları qurban rolunda…

18 Ağustos 2016

7:32 am


18/08/2016 [11:28]: xeber –
Son günlər Türkiyədə Fətullah Gülən tərəfdarlarına qarşı aparılan
irimiqyaslı həbslər, habelə Azərbaycanda Gülənlə əlaqəsi olduğu ehtimal edilən
şxəslərin tutduqları postdan uzaqlaşdırılması Gülən tərəfdarlarını çətin vəziyyətə
salıb. sayt-a özəl mənbədən daxil olan məlumata görə, bəzi Gülənçilər əsl
kimliklərini gizlətmək üçün olduqca ilginc üsula əl atmaqdadır. Belə ki, onlar FETO
canavarları olduqlarını gizlətmək üçün özlərini Gülənin qurbanları kimi təqdim
edir, ölkə mətbuatında Gülənlə bağlı şikayətlər səsləndirir, özlərini onun təzyiq
və təqiblərindən əziyyət çəkən şəxslər kimi qələmə verirlər.  Kifayət qədər ciddi postlarda təmsil olunan və
ya iş adamı kimi önəmli mövqeyə sahib olan bu şəxslər dövlət və ictimaiyyəti
inandırmağa çalışırlar ki, onlar bu mövqelərini FETÖ ilə uzunmüddətli mübarizə
sayəsində qorumağı bacarıblar.

Mənbə iddia edir ki, Gülən şəbəkəsində yer alsalar da, hazırda Güləndən
şikayətçi düşməklə maskalanmağa çalışan bu şəxslərin kamuflyaj məqsədi ilə
mediada FETÖ-ya qarşı hücuma keçməsi, özlərini əzabkeş kimi təqdim etməsi
ictimai fikri yanlş yönləndirməyə, hüquq-mühafizə orqanlarını çaşdıqmağa xidmət
edir. Bilgili qaynağın sözlərinə görə, hazırkı şəraitdə güc orqanlarının ilk
növbədə bu cür şikayətçilərin özünü təftiş etməsinə, onların Gülən şəbəkəsi ilə
əlaqələrini araşdırmasına çox böyük ehtiyac var.

 

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler