Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Fesil depressiyasından nece xilas ola bilerik  – Psixoloq reyi

30 Eylül 2016

12:08 pm


30/09/2016 [16:04]: xeber –
Mütəxəssislər bildirir ki, payız və yaz aylarında insanların demək olar ki, 70 faizi depressiya düşür, özünə qapanır, təkliyə çəkilir.Bəs görəsən nəyə görə məhz payız və yaz fəslində bu hallar müşahidə olunur? Və bu fəsillərdə düşdüyümüz depressiyadan neçə çıxa bilərik?sayt-ın mövzu ilə bağlı suallarına tanınmış psixoloq Murad İsayev aydınlıq gətirib.M.İsayev ilk öncə payız və yaz aylarında depressiyasının yaranma səbəblərindən danışıb: “Payız və yaz fəslində əsasən nevroz vəziyyətində olan, xroniki yorğunluğa meyilli olan insanlarda daha çox depressiyaya girmə halları olur. Buna fəsil depressiyası deyilir. Bəzi insanlarda fəslə uyğunlaşma baş verir deyə avtomatik olaraq özünəqapanma, narahatçılıq, insanlardan uzaqlaşma, maksimum şəkildə tənhalığa doğru çəkilmək kimi hallar müşahidə olunur. Əgər əvvəllər də müəyyən problemləri olubsa, həmin problemlər də yenidən ortaya çıxır”. Psixoloq daha sonra fəsil depressiyasına düşməməyin, düşdükdən sonra isə necə çıxmağın yollarını izah edib: “Belə insanlara məsləhət görürük ki, insanlardan uzaqlaşmasınlar, əksinə olaraq maksimum şəkildə insanlarla kontakta girməyə çalışsınlar. Onlara cəmiyyətdən uzaqlaşmaq istəklərinin hamısının əksinə getməyi təklif edirik. İnsanların arasında daha çox olsunlar. Yox əgər buna iradələri çatmırsa, daha yaxşı olar ki, əhatələrindəki daha yaxın olan birisi bir müddətlik onlara kömək etsin. Bu, dost, həyat yoldaşı, valideynlərdən biri və s. ola bilər. Onların sayəsində maksimum bir həftə və ya on gün ərzində bu vəziyyətdən çıxa bilərlər. Amma onları öz xoşuna buraxdıqda, bu hal bir neçə ay belə davam edər. Hətta köhnədən olmuş problemləri ortaya çıxarıb aktivləşdirə bilər. Fəsil depressiyasına düşməmək üçün düzgün qidalanma, maksimum aktivlik, sosial aktivlik tələb olunur”. Rumiyyə 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler