Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ferhad Əliyevin sabiq işçisini intihara vadar eden MTN zabitleri…

26 Ekim 2016

1:56 pm


26/10/2016 [17:53]: xeber –
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyinin cinayətlərinin üstü açıldıqca, bir daha ölkə vətəndaşının və dövlətin təhlükəsizliyinə cavabdeh olan bu şəxslərin əməlləri hər kəsi heyrətə salmaqdadır. MTN-in dağılmasından 1 il keçməsinə baxmayaraq, hər yeni gün cəmiyyət Eldar Mahmudov və onun nazirlikdəki mütəşəkkil cinayətkar dəstəsinin şok əməlinin şahidi olmaqdadır.Bu, bir neçə il əvvəl  İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın İnkişafı Departamentinin sabiq rəhbəri Əlihüseyn Şalıyevin həbsdə özünü öldürməsi barədədir. Xatırladaq ki, o zamanki nazir Fərhad Əliyevlə birlikdə MTN tərəfindən həbs olunan Əlihüseyn Şalıyev sabiq nazirin üzünə durmadığına və buna görə, işgəncələrə dözməyib intihar etmişdi.Həmin vaxt MTN rəhbərliyinin müdaxiləsi nəticəsində bu olayın üstü ört-basdır edildi və Əlihüseyn Şalıyevin qanı batırıldı.Saytımızın araşdırması zamanı Əlihüseyn Şalıyevi intihara vadar edən MTN-in o zamanki zabirlərinin kimliyi bəlli olub. Belə ki, bu şəxslər nazirliyin Anti-terror Mərkəzinin sabiq rəisi Elçin Quliyev (o zaman polkovnik idi-red.) və onun müavini İlqar Əliyev olub. (Həbsindən sonra özünü öldürdü-red.)Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, Fərahd Əliyev həbs olunan günü onun evində axtaşıda şəxsən iştirak edən hər iki şəxs MTN-nə gələrək, Əlihüseyn Şalıyevi sabiq nazirin əleyhinə ifadə verməyə vadar edib. İntihat etdiyi günə qədər davamlı təzyiqlər altında saxlanılan Əlihüseyn Şalıyev Elçin Quliyevlə İlqar Əliyevin təzyiqlərinə baxmayaraq, Fərhad Əliyevə böhtan atmaqdan imtina edib. Sonda isə çıxış yolunu intiharda görüb.Ölümündən bir neçə il keçməsinə baxmayaraq, Əlihüseyn Şalıyevin yaxınları onu intihara sürükləyən Elçin Quliyevdən (Artıq İlqar Əliyev həyatda yoxdur-red.) hüquq-mühafizə orqanlarına şikayət verə bilər.Bu şikayətin obyektiv araşdırılması isə başqa söhbətin mövzusudur.(Gununsesi.info)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler