Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ferec Quliyev parlamentde Dağlıq Qarabağ komitesinin yaradılmasını teklif etdi

01 Ekim 2016

7:20 am


01/10/2016 [11:19]: xeber –
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Milli Məclisin 30 sentyabr 2016-cı il tarixli Plenar iclasında bir neçə mühim təklif irəli sürüb. Deputat əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində iqtisadi təkliflər paketlərinin və xüsusən problemli kreditlərin Parlamentdə müzakirə edilməsini, qeyri-neft sektorunun inkişafı ilə bağlı verilmiş qərarların icrasına nəzarətin artırılması, Milli Məclisdə Dağlıq Qarabağ komitəsinin yaradılması və qapalı Dağlıq Qarabağ dinləmələrinin keçirilməsi təkliflərini verib.Fərəc Quliyevin həmin çıxışının tam mətnini təqdim edirik:Cənab sədr,hörmətli kolleqalar!Mən yeni iş mövsümi ilə bağlı olaraq hər kəsi təbrik edirəm. Bilirəm ki, hamınızın hər gün rastlaşdığımız mühüm məsələlərdən biri də sosial-iqtisadi problemlərlə bağlı müraciətlərdir. Cənab Prezidentin qeyri-neft sektorunun inkişafı hesabına iqtisadi artımın stimullaşdırılması ilə bağlı atdığı çox mühim addımlar, verdiyi sərəncamlar, ayırdığı vəsaitlər və görülən işlər vardır. Amma razılaşın ki, bir çox nazirliklər, bir çox yerli icra strukturlarının bunu yüksək səviyyədə həyata keçirməyinə baxmayaraq ,bəzi nazirliklərdə və yerli icra strukturlarında bu məsələlərə çox biganə yanaşma vardır. Hesab edirəm ki, adını çəkdiyim sahə ilə bağlı yəni, qeyri neft sektorunun inkişafına bağlı olan iqtisadi artımın stimullaşdırılması ilə əlaqədar prezidentin islahatlar paketinin həyata keçirilməsinin nə vəziyyətdə olduğunu müəyyən etmək üçün müvafiq strukturlarla, nazirliklərlə birlikdə bir dinləmələr eləməyimiz lazımdır. Bütün deputatların da yerlərdə aldığı şikayətlər vardır, rastlaşdığı neqativ hallar vardır. Onları birbaşa səsləndirmək lazımdır. Sosial-iqtisadi məsələlərlə bağlı xeyli təkliflər paketi vardır. Mən izləyirdim, deputatlar yay dönəmində də mətbuatda çox gözəl təkliflərlə çıxış edirdilər.Ona görə münasibdir ki, İqtisadi paketin həyata keçirilməsi üçün təkliflər dinlənilsin. Bu təkcə prezidentin işi deyil . Milli Məclis də qəbul elədiyi qanunlar ilə ,bu məsələlərə nəzarətlə çox ciddi dəstək verməlidir və həmin bu blokda bu müzakirələr zamanı xüsusən problemli kreditlərlə bağlı müzakirələr aparmaq vacibdir. Hesab edirəm , hər kəs razılaşar ki, bu məsələ camaatı narahat edir. Ümumiyyətlə, iqtisadi sektorla bağlı məsələlər müzakirə olunsun və yaxşı olar ki, dövlət borclanmasının qarşısının alınması və büdcə kəsirinin həcminin azaldılması məqsədilə fiskal sahədə iqtisadi siyasətlə bağlı maliyyə nazirliyi və başqa strukturlar məlumatlar versin. Çünki həm manatın məzənnəsi ilə bağlı olaraq, həm də neft gəlirləri və neftin qiyməti ilə bağlı təlatümlər təbii ki, beynəlxalq səviyyədə gözlənilir. Bununla bağlı bütün məsələlərin müzakirələri məncə vacibdir.İkinci məsələ- mən həmişə bu məsələni səsləndirirəm amma çox təəssüf olsun hələlik ki, buna xüsusi olaraq bir reaksiya yoxdur. Mən Dağlıq Qarabağ məsələsi ilə bağlı olaraq Milli Məclisdə müzakirələr aparılmasını,dinləmənin olmasını bir daha təklif edirəm. Bir çox dövlətlərin parlamentində bu məsələlərlə bağlı müzakirələr aparılır, bir çox dinləmələrdə xarici deputatların iştirakı ilə dinləmələr keçirilir, amma bizdə bu dinləmə keçirilməyib. Milli Məclisdə Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin iştirakı ilə qapalı şəkildə bir dinləmənin aparılmasını vacib hesab edirəm və həm də bir xüsusi komitənin -parlamentin özünün Dağlıq Qarabağ komitəsinin yaradılmasını bir daha təklif edirəm.Dağlıq Qarabağla bağlı fəaliyyətin müəyyən strukturlarla əlaqələndirilməsi, müəyyən danışıqlarda bu komitənin nümayəndələrinn iştirakını təmin eləmək baxımından da məncə bu komitənin formalaşdırılması da yerinə düşər. Əgər bu təkliflər həyata keçərsə hesab edirəm ki, faydalı olar. Bu iki təklifin payız sessiyasında nəzərə alınmasını xahiş edirəm.Təşəkkür edirəm!”MDHP Mətbuat Xidməti


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler