Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ferec Quliyev İstanbulda baş veren terrorla bağlı başsağlığı verdi

29 Haziran 2016

8:36 am


29/06/2016 [12:35]: xeber –
İyunun 28-dən 29-na keçən gecə Türkiyənin İstanbul şəhərindəki “Atatürk” Beynəlxalq Hava Limanında törədilən qanlı terror hadisəsi ilə bağlı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev başsağlığı verib. Başsağlığında deyilir:”Azərbaycan xalqı terrordan əziyyət çəkən bir xalq kimi terrorun yaratdığı bütün fəsadları tam mahiyyəti ilə anlayır. Bu səbəbdən də biz qardaş Türkiyədə bir-birinin ardınca törədilən terrorların Türkiyə xalqına , Türkiyə dövlətinə və Türk millətinə təziq etmək məqsədi güddüyünü yaxşı bilirik. 2016-cı il iyunun 28-dən 29-na keçən gecə Türkiyənin İstanbul şəhərindəki “Atatürk” Beynəlxalq Hava Limanında törədilən qanlı terror hadisəsi də Türkiyədə törədillən digər terror hadisələri kimi bizim öz acımızdır. Şəxsim və sədrlik etdiyim Milli Dirçəliş Hərəkatı Partiyası adından terror qurbanlarının doğmalarına və qardaş Türkiyəyə dərin hüznlə başsağlığı verir, yaralılara Allahdan şəfa diləyirik. Bu qanlı terror bir millət olaraq bizi dərindən hiddətləndirsə də terroru dəsdəkləyənlərin və terrorçuların məqsədlərinə çatmaması üçün biz mübariz və mətin olmağı bacarmalıyıq.”




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler