Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ferec Quliyev: “Hetta Tramp istesemese bele, ABŞ-Azerbaycan münasibetleri…”

10 Kasım 2016

9:48 am


10/11/2016 [13:44]: xeber –
“Trampın prezident seçilməsindən sonra ABŞ-Azərbaycan münasibətlərində heç bir köklü dəyişiklik olmayacaq. Çünki ABŞ oturuşmuş dövlətdir, bu dövlətin kimin prezident seçilməsindən asılı olmayaraq müəyyənləşdirdiyi siyasəti var. Hər iki dövlət arasında strateji mütəffiqlik mövcuddur. Eyni zamanda ABŞ-ın Azərbyacana ehtiyacı var”.Bu fikirləri açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyev bildirib.Trampın prezident seçilməsi ilə ABŞ-Azərbaycan münasibətlərində ciddi dəyişikliyin olacağı ilə bağlı səslənən iddialara cavab verən F.Quliyev qeyd edib ki, ABŞ-Azərbaycan arasında çox mühüm müttəfiqlik var: “Bu, Azərbaycanın NATO çərçivəsində həyata keçirilən proqramlarda iştirakçı olmasında, Əfqanıstanda sülhməramlı məsələsində, terrorizmlə mübarizədə özünü göstərir. Hər iki dövlət strateji mütəffiq olduğunu zaman-zaman faktiki əməllərlə sübuta yetirib. Əslində gözləntilər Hillari Klintona idi, hər kəs onun prezident seçiləcəyini düşünürdü. İndi də Trampın prezident seçilməsi müxtəlif fikirlərin səslənməsinə səbəb olur. Bəzi hallarda ABŞ diplomatlarından bir neçəsi Azərbaycana qarşı qərəzli mövqe sərgiləyib. Ancaq onların da cavabı verilib. Hətta Tramp istəməsə belə, ABŞ-Azərbaycan münasibətləri bundan sonra da ən yüksək səviyyədə olacaq”. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler