Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ferec Quliyev Herbi Prokurorluğu ittiham etdi: “araşdırma”lar, saxta şahidler axtarmaq (ştatlı şahidler) prosesi davam edir.

20 Haziran 2016

9:28 am


20/06/2016 [13:25]: xeber –
Məlum olduğu kimi, təxminən 4 il bundan əvvəl  Bakıda millət vəkili Fərəc Quliyevin oğlu Türkel avtoqəza törətmişdi. Bəlkə də qəzanı törədən şəxsin deputat oğlu olmasındadır ki, məsələ uzun müddət gündəmdən düşmədi, bir çox müzakirələrə səbəb oldu.Son zamanlar mövzu yenidən aktuallaşdırılıb. Bunun səbəbi zərərçəkmiş tərəfin 100 min manat təzminat istəməsidir. Maraqlıdır ki, Azərbaycan Respublikası Hərbi prokurorluğu da şikayətçinin ərizəsini əsas götürərək işə yenidən baxılmasılmasına qərar verib. Özü də bu hadisə ətrafında dəfələrlə istintaq araşdırmaları aparılmasına və qəzada heç bir cinayət tərkibinin olmamasına qərar verildiyi halda.Adətən, hakimiyyət orqanlarında təmsil olunanların xeyrinə tərəfkeşliyiylə ad çıxarmış hüquq orqanlarının bu dəfə tamamilə fərqli mövqe tutması müəyyən suallara yol açır: Fərəc Quliyevin ətrafında nə baş verir? Niyə bir avtoqəza hadisəsi bu qədər intensiv şəkildə gündəmdə tutulur?Millət vəkilinin özü bu sualları “5-ci kolon”un əməyinin nəticəsi kimi cavablandırır. Hansı əsaslarla? Gəlin, onun mövqeyiylə tanış olaq.sayt Strateq.az-a istinadən millət vəkili Fərəc Quliyevin hadisəylə bağlı yazılı açıqlamasını olduğu kimi təqdim edir: “ AÇIQLAMA Son zamanlar mətbuatda  haqqımda  yanlış  təəssürat yaradan yazılar getdiyindən, sözügedən məsələ ilə bağlı geniş bir açıqlama ilə çıxış etmək  məcburiyyətində qaldım. Millət vəkili olaraq, 2012-ci ildə baş vermiş bir qəza ilə bağlı şantaja məruz qaldım və göründüyü qədər bu hələ də davam edir.Nəzərinizə çatdırım ki, 2012-ci ildə Azərbaycanda NATO generallarının tədbiri keçirilirdi. Onları müşaiyət etmək üçün hərbi personal və xidməti avtomobillər ayrılmışdı. 14 noyabr 2012-ci ildə Sülhməramlı taborda idman rəisi kimi xidmət edən oğlum Fərəcoğlu Türkel Fərəc oğluna da NATO zabitlərinə xidmət üçün avtomobil təhkim edilmişdi. NATO zabitlərini axşam saatlarında müvafiq yerə qoyub, avtomobillərlə hərbi hissəyə qayıdan zaman işıqfor, piyada keçidi olmayan yerdə qəflətən bir piyada kartejdə oğlum Fərəcoğlu Türkel Fərəc oğlunun idarə etdiyi avtomobilin qarşısına çıxmış, piyadanın təqsiri üzündən qəza baş vermişdir. Türkel yaralıya ilk tibbi yardım gösterib Respublka Klinik Xəstəxanasına çatdırmışdır (Şantajçı isə bunu ərizəsində fərqli təqdim edir).Təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Fərəcoğlu Türkel Fərəc oğlunun hərəkətlərində “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Faktla bağlı Fərəcoğlu Türkel Fərəc oğlunun əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir.  2013-cü il Prezident seckiləri dönəmində mən Azərbaycana qarşı formalaşdırılmış Milli Şura və “Milyarderlər ittifaqı”na qarşı ciddi ifşaedici çıxışlar etdiyim zaman “5-ci kolon” tərəfindən mövqeyimə təsir etmək üçün bəzən sosial şəbəkələrdə anonim ad altında hədələr, bəzən emissarları vasitəsilə xahişlərlə üzləşdirdim. Bu dönəmdə“5-ci kolon” numayəndələrindən birisi  mənimlə görüşməyə cəhd etdi-oğlumun qəza məsələsinə şantaj predmeti kimi işarə edərək. Mən isə ona -”qanuni araşdırma aparılıb , bu və başqa hər hansı məsələ ilə bağlı görüşmək istəmirəm” cavabı ilə görüş təklifini rədd etdim. Bu hadisəyə qədər xəsarət alan Süleymanova Afaqın atası İsa İsayev Fərəcoğlu Türkelin günahkar olmadığını, buna baxmayaraq, qızına hər cür kömək etdiyimizi minnətdarliqla qarşılayırdı, polis idarəsində Türkelin günahı olmadığından şikayəti etməməsi ilə bağlı ərizə vermişdi.Mən görüşü rədd etdikdən sonra şikayətlər dalğası başladı. İkinci dəfə yeni bir istintaqa start verildi. Buna heç bir əsas olmasa da, mən heç bir qaranlıq məqam qalmasın deyə, bir daha istintaqın aparılmasından nəinki şikayət etmədim, həm də xəsarət alan tərəfin mümkün olan bütün təffəərruatla tanış olmasını arzuladım. Çünki bu adamlardan siyasi şou düzəltmək üçün istifadə olunmasının fərqində idim. İkinci araşdırma zamanı da cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edildi.Bu ərköyün “xəsarət alan tərəfin”şikayətləri ilə hərbi prokurorluq tərəfindən də araşdırma aparılmış, faktla bağlı Fərəcoğlu Türkel Fərəc oğlunun əməlindəcinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi haqda qərar verilmişdir . Mənim yeni təhqiqata etiraz etməməyimdən ruhlanan şantajçılar 100 000 (yüz min )manat mənəvi və.s təzminat istəyi ilə mülkü qaydada da Səbail məhkəməsinə müraciət etmiş, Səbail məhkəməsi işə baxıb və heç bir əsası olmayan bu iddianı rədd etmişdir. İndi isə bizdən 20000 (iyirmi min ) evro umduqları başbilənləri tərəfindən çatdırılır.Sonra dəfələrlə (7 dəfə!) araşdırma  aparılmış, hər dəfə də araşdırma zamanı  Türkelin  əməlində CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmaması qənaətinə gəlinərək,  cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Yuxarı orqanlar tərəfindən hər dəfə heç bir əsas olmadan  təhqiqatların nəticəsini  ləğv edib, yeni təhqiqat tələb etmək  həm xüsusi qərəz, həm  özünütəkzib, həm   araşdırma aparmış bu orqanların iş və imicinə zərbə, həm də təhqiqat orqanlarına  təziq və “mütləq cinayət işinə yol tap”göstərişi deyilmi?  Bütün basqı və çətinliklərə  baxmayaraq  təhqiqat orqanları hər dəfə zabit və məmur şərəflərini qoruyaraq işə obyektiv baxaraq qərar vermişlər.Baş Prokurora  göndərdiyim sonuncu müracət   Bakı Hərbi  Prokurorluğuna göndərilmiş, Bakı Hərbi  Prokurorluğunun mənə verdiyi cavabda  03.09.2014-cü il tarixdə AR CPM-nin  39.1.2 maddəsinə əsasən, cinayət işinin başlanmasının rədd edilməsi haqqında əsaslı və qanuni qərar qəbul edildiyi göstərilmişdir.Lakin 17 may 2016-cı il tarixdə Azərbaycan Respublikası Hərbi prokurorunun müavini Şəfayət İmranov 03.09.2014-cü iltarixdə AR CPM-nin  39.1.2 maddəsinə əsasən, cinayət işinin başlanmasının rədd edilməsi haqqında əsaslı və qanuni qərarı ləğv edərək, AR CM-nin  263.1-1 maddəsi ilə cinayət işi başladılmasına qərar vermişdir. 17 may 2016. tarixli Qərarın təsviri hissəsində cinayət işinin  başlanılmasının rədd edilməsinə və cinayət işinin başlanılmasına səbəb olacaq heç bir əsas göstərilməmişdir.Yalnız  İ.İsayevin verdiyi əsaslandırılmamış şikayət əsas kimi götürülmüşdür.Cənab Ş.İmranov 7 dəfə aparılmış dövlət orqanlarının araşdırmalarından və bu araşdırmaların çoxsaylı arqumentlərindən, ekspert rəylərindən imtina ediləsi yeni halların olmamasına diqqət etməmiş, şübhə və subyektiv əsaslarla qərar vermişdir.Halbuki,  AR CPM-nin 39.1.1 və 39.1.2 maddəsinə əsasən T.Fərəcoğlunun əməlində cinayət hadisəsi və cinayət tərkibi olmadığı dəfələrlə təsdiq olunmuşdur.  AR CPM-nin 46.3 maddəsinə əsasən cinayət işinin başlanması üçün kifayət qədər dəlillər olmalıdır ki, 17.05.2016-cı il tarixdə belə əsaslandırma yoxdur. Həmçinin bu qərarda prosessual və maddi qanunvericiliyinin hər hansı tələbinin pozulması haqqında bir dənə də olsun fakt göstərilməyib.Gördüyünüz kimi yenə də şantaj, ”araşdırma”lar, saxta şahidlər (ştatlı şahidlər) axtarmaq  prosesi davam edir. Görünür,  təhdidçilər 2014-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunun ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqinin  saxta (ştatlı) şahidlərlə  insanları şantaj edib böyük miqdarda pul qoparmaları və ACM-nin 182.3.2 və 309.2-ci maddəsi ilə  12 il azadlıqdan məhrum edildiyini unudublar. Bu işdə daha ciddi siyasi motivlər vardır və bu haqda müvafiq orqanlara müraciət göndərilib. Vətənimizə qənim kəsilən, kreslo yanğısı ilə hər şeydən istifadə edən, qarşılarında maneə gördükləri hamını ( yuxarı Prokurorluq orqanlarının anlaşılmaz  ərköyünləşdirmə münüsibətindən ruhlanaraq ) şantaj edən, bir cetenin hadisədən yararlanma istəyinə  işıq salmağa çalışdım. Sizin də, pis bir ənənənin ayaq tutmaması  üçün mövqe nümayiş etdirəcəyinizə əminəm.Hörmətlərimlə:                        Fərəc  Quliyev PS:           Nəzərinizə çatdırım ki, İsa İsayev (səhlənkarlığı ucbatından xəsarət alan Afaq Süleymanovanın atası) müxtəlif instansiyalara yazdığı şikayətlərdə  onun qızının müalicəsinə yardım göstərmədiyimizi yazır. Bununla bağlı arayış əlavə edirəm.Müalicə ilə bağlı arayışNəzərinizə çatdırım ki, İsa İsayev ( səhlənkarlığı ucbatından xəsarət alan Afaq Süleymanovanın atası) müxtəlif instansiyalara yazdığı şikayətlərdə  onun qızının müalicəsinə yardım göstərmədiyimizi yazır.Türkel Fərəcoglu hadisə zamanı zərərcəkənə ilk tibbi yardım göstərmiş, Respublika xəstəxanasına çatdırmışdır. Mən hadisə zamanı Brüsseldə Avronestin iclasinda  idim, məlumat alan kimi  hadisənin nə cür olmasından asılı olmayaraq xəstəyə bütün köməkliklərin göstərilməsi və bunu davamlı olması üşün köməkçimə tapşırıq verdim-o anda xəstənin kim olması, adamları haqda təbii ki, heç bir məlumat yox idi.İnsanlıq borcu bilərək bir ay müddətində tərəfimdən  bütün müayinə və müalicə əvvəl ilk yardım üçün çatdırılmış Respublika xəstəxanasında, sonra isə1 sayli Şəhər klinik xəstəxanasında   edildi, sonrakı ev şəratindəki amblator müalicəni də yalnız mənim vasitəmlə aldı. Zərərcəkənə ilk tibbi yardım göstərib, xəstəxanaya çatdırmaq istənilən hadisə zamanı hər kəsin borcu olsa da, sonrakı etapda səhlənkarlığı ucbatından xəsarət alan Afaq Süleymanovaya edilən yardimlar yalniz insani yanaşma idi. O, işə çıxana qədər bu yanaşma davam etdirildi. Bütün bu müddət ərzində İsa İsayev yalniz təşəkkürlərini bildirib. Şikayətlər yalnız yuxarıda göstərdiyim müddətdən başlayıb.Əgər A.Süleymanovanın  müalicəyə (dörd  ildən sonra) yenə də ehtiyacı varsa, ona  müxtəlif vaxtlarda təklif olunan muayinələrdən qaçmamalı idi və qaçmamalıdır.İsa İsayevin məhkəməyə pul təzminatı ilə bağlı müraciət etməsi də, muayinə və müalicələrdən qətiyyətlə imtina edib və yalnız pul tələb etməsi də İsa İsayevin yalnız şantaj yolunu seçdiyin göstərmirmi? Yazıq obrazında çıxış etdiyindən Respublika Hərbi prokurorluğu ilə birlikdə humanistlik göstərib edilmiş müayinə və müalicə təkliflərindən  imtina etməsi, ona Professor Paşa Qəlbinurun müayinə etməsi üçün vaxt ayırmasına baxmayaraq, müayinədən yayınma, Turkiyədən gəlmiş professor Əhməd Məmişin muayinə və müalicə təklifindən qaçmaq epizodları  çox mətləblərə aydınlıq gətirir.Gördüyünüz kimi hadisə zamanı oğlum Türkel Fərəcoğlunun heç bir günahı olmadığına baxmayaraq, hadisə zamanı yardım göstərərək, xəstəxanaya çatdırılmaqla kənara çəkilməmişik, heç kimin tələb və istəyi olmadan humanist addım kimi xəstəxanada müayinə, müalicə, evdə amblator müalicəni təmin etmişik. Əvəzində kimlərinsə təhriki ilə tərəfin cəfəng böhtanları ilə qarşılaşmışıq.Bütün yuxarıda göstərilənlərə baxmayaraq, 21 yanvar 2016-cı il tarixdə İsa İsayevi   Bakı şəhər hərbi prokurorunun müraciəti  ilə qəbul etdim. Bildirdim ki, baxmayaraq ki, Türkelin heç bir günahı yoxdur və ardıcıl şantaja məruz qalmışıq, amma yenə də insanlıq borcu  olaraq,  əgər A.Süleymanovanın  müalicəyə (dörd  ildən sonra) yenə də ehtiyacı varsa, Diaqnostik Mərkəz-Ağakişi Yəhyayev, Əhməd Məmiş, MTN hospital-Ruslan həkim, Neyrocərrahiyyə  mərkəzindəki ən müxtəlif həkimlər tərəfindən müayinə və müayinənin nəticəsindən asılı olaraq ya konservativ  və ya cərrahi müalicəyə ehtiyac  olarsa, əməliyyat olunmasına  da köməklik edərəm. Bütün bunlardan sonra bu ərköyün şikayətçinin istəyinə uyğun davranışlar xüsusi bir qərəz təəssüratı yaradır və ən qəbulolunmazı  isə, pis bir presidentə səbəb  olacaq”. Strateq.az




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler