Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ferec Quliyev: “Hamının adını siyahılara doldurmaq doğru deyil”

08 Kasım 2016

7:48 am


08/11/2016 [11:44]: xeber –
YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov SƏS TV-yə müsahibəsində Azərbaycandakı siyasi məhbuslarla bağlı səs-küy yaradan fikirlər səsləndirib. Deputat son günlərdə siyasi məhbus siyahıları hazırlayanlar arasında baş verən qalmaqala münasibət bildirərkən, müxalifətin hazırladığı siyahılarla bağlı kifayət qədər sərt danışıb.YAP funksionerinin etiraz doğuran fikirləri bunlardır: “Müxalifət toyuq, dana oğrularını ”siyasi məhbus” kimi təqdim edirdi. Təbii ki, bu da heç bir nəticə verə bilməzdi. Bütün bunları görən erməni lobbisi də istəyirdi ki, Azərbaycanın dünyada artan nüfuzuna xələl gətirsin. Yəni 5-10 manata bu cür siyahılar hazırlanırdı və ayrı-ayrı strukturlara göndərilirdi”. Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev bunları dedi: “Ölkəmizin daxili birliyə böyük ehtiyacı var. Həmin məhbusları azad edib, bu məsələni hazırda sıfırlamağa dəyər. Kimsə peşəsinə görə hər şey edə bilməz. İnsanlar konkret məsuliyyətə cəlb olunublarsa, onların adı siyasi məhbus ola bilməz. Etiraf edək ki, bəzi QHT-lər, xüsusilə xaricə bağlı olan QHT-lər imitasiya ilə məşğuldurlar. Bəzən onlar həbsdə olanlara zərər edib, onların adlarını alver predimetinə çevirirlər. Hamının adını siyahılara doldurmaq doğru deyil. Müəyyən qurumlar vətənə xəyanət etməyənlərin azadlığını tələb edə bilərlər. Siyahılardakı fərq onu göstərir ki, burada məsələ tamam fərqlidir. Bir siyahıda birinin adının olub, digər siyahıda olmaması onu göstərir ki, burada konkret kriteriyalara əməl olunmur. Qrant müqabilində birinə dəstək verən kəslər onların azadlığa çıxmalarının marağında belə deyillər. Elə insanlar var ki, uzun müddət həbsdədirlər və cəmiyyət üçün faydalı ola bilərlər. Amma həmin QHT-lər o şəxslərin azadlığa çıxmalarına ciddi şəkildə mane olurlar”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler