Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Felsefesiz ve ya başqaların felsefesi üzerinde millet oluşmaz.

11 Ağustos 2016

4:20 pm


11/08/2016 [20:17]: xeber –
Milli özünüdərk!İndi İstanbulun hər yerini belə bir şüar bəzəyir:”Biz milletiz. Türkiye’yi darbeye, teröre yedirmeyiz!”Gözəl arzu, böyük əzmdi, biz də qatılırıq. Amma millət olmaq üçün bir çağırışla meydanlara toplanmaq yetərli deyil. Hətta sinəsini tanklara sipər etmək də… – Bu bir qəhrəmanlıqdır, Vətənə sədaqətin və sevginin təzahürüdür. Millətləşmə yolunu qəhrəmanlar açır, zora qarşı mərdlik sərgiləməklə. Amma düşmən sadəcə tankla, topla silahlanmır ki… O həm də düşüncələrdə nifaq salmağa çalışır və ən böyük silahı da ideoloji, siyasət, iqtisadiyyat və mənəviyyat cəbhələrində qurduğu tuzaklar, məkr və hiylədir (yeri gəlmişkən, türkün ən zəif yeri)… Sükanı həp düzgün saxlamaq və bu yolu əmin-amanlıqla qət edə bilmək üçün şüurların işıqlanması lazımdı.Fəlsəfəsiz və ya başqaların fəlsəfəsi üzərində millət oluşmaz. Millətləşmək üçün mühüm şərtlərdən biri milli gələnək, biri Vətən sevgisi və qəhrəmanlıqdısa, biri də milli fəlsəfi təməldir.Elə bir təməl ki, milli ideoloji də, milli siyasi kurs da, bilim ve egitim stratejisi də, milli-mənəvi dəyərlər də – həpisi onun üzərində qərar tutmaqla bir-birini tamamlasın, bir bütün halına gəlsin.Səlahəddin Xəlil, Türkiyədə yaşayan tanınmış alim, filosof


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler