Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Federasiya prezidentinin kitabının teqdimatı keçirilib

06 Ağustos 2016

7:56 am


06/08/2016 [11:54]: xeber –
Atatürk Mərkəzində  Uşu və Muaytay Federasiyasının prezidenti Azər Həsənsoyun  “Döyüş sənətinin izi ilə” tarixi kitabının  təqdimatı keçirilib.sayt xəbər verir ki, tədbiri  giriş  sözü ilə Atatürk Mərkəzinin şöbə müdiri, Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının başqanı Əkbər Qoşalı  açıb. Daha sonra söz müəllifə verilib. Azər Həsənsoy bildirib ki, kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub  və  əsas məqsəd  gənclərdə  tariximizə maraq oyandırmaq, araşdırmaçıları  Uzaq Şərqdə türk xalqlarının  tarixini araşdırmağa həvəsləndirmək və  istiqamət göstərməkdir.Daha sonra  çıxış edən Alpaqut turan döyüş sənətinin müəllifi Vasif Namazov,  Dünya Alpaqut Federasiyasının Fəxri Prezidenti  Fərid Əlizadə, İTV əməkdaşı, fəlsəfə doktoru Elçin Hüseynov, “Müassir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü, Azərbaycan Alpaqut Federasiyasının prezidenti  Aqil Acalov , türkoloq, araşdırmaçı Samir Turan, “Xalq qəzeti”nin əməkdaşı Əfsanə Qıpçaq, DAK Mətbuat Müşaviri, ” İşıq ” Qadınlar Klubunun yönətim kurulu başqanı Gülşən Tanrıdaş  kitabın vacibliyindən  və əhəmiyyətindən  danışaraq, xüsusən bu mövzuda indiyədək araşdırma aparılmadığını, kitabın sonrakı araşdırmalar üçün  yol açacağını bildiriblər.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler