Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

FED-in faiz endirmesi ehtimalı artıb

24 Haziran 2016

8:00 pm


24/06/2016 [23:58]: xeber –
Müddətli Fed fond qiymətlərinə görə, İyulda faiz artırımı ehtimalı 0 faiz səviyyəsinə düşüb, faiz endirimi ehtimalı 12 faiz səviyyəsinə çıxıb.Hətta, faizlərin endirilməsi ehtimalı, 2016-cı il ərzində faizlərin artırılması ehtimalından yüksəkdir. Bu barədə Bloomberg yazır.ABŞ Mərkəzi Bankı Fedin faiz endirmə ehtimalı İyul toplantısında 12 faiz , Sentyabrda 15.5 faiz, Dekabrda isə 13.7 faiz səviyyəsindədir.Faiz artırımı ehtimal, İyul, Sentyabr və Noyabr iclasları üçün 0 faiz, Dekabr iclası üçün isə 10.1 faiz səviyyəsindədir.Qeyd edək ki, Brexit-dən sonra Dollar kəskin bahalaşıb. Əgər Fed də faizləri artırarsa Dollar daha da güclənə bilər. ABŞ valyutasının həddindən artıq güclənməsi Fed-ə sərf etmir.  Çünki bahalı Dollar ABŞ-ın ixracını azaldır. Həmçinin dollar bahalaşdığından neft ucuzlaşır. Ucuz neft qiymətləri səbəbindən Fed inflyasiya hədəfinə çata bilmir.(marja.az)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler