Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

FED-in dekabrda uçot derecesini artırması ehtimalı sıfıra enib

10 Kasım 2016

5:36 am


10/11/2016 [09:34]: xeber –
Donald Trampın ABŞ-ın yeni prezidenti seçilməsi praktiki olaraq dekabrda keçiriləcək Federal Ehtiyatlar Sisteminin (Federal Reserve System, FED) iclasında uçot dərəcəsinin artırılması ehtimalını sıfıra endirir. “APA-Economics” xəbər verir ki, bunu “Saxo Bank”ın baş iqtisadçısı Stin Yakobsen bildirib.  Seçkilərədək dekabrda keçiriləcək iclasda uçot dərəcəsinin artırılması ehtimalı 80% idi.  S. Yakobsen bildirib ki, dolların zəifləməsi ilə əlaqədar inflyasiyanın təzyiqi altında ABŞ-da resessiya təhlükəsinin artması qızılı bahalaşdıracaq: “Növbəti il ərzində qızılın unsiyasının qiyməti 1500 dollaradək arta bilər”.  Bankir qeyd edib ki, neft bir neçə ay öncə proqnozlaşdırılandan bir qədər artıq bahalaşacaq: “İllik diapazon 35-70 dollaradək genişlənəcək. Bununla yanaşı, WTI markalı neft 62-65 dollaradək bahalaşa, ardınca isə 40 dollaradək ucuzlaşa bilər”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler