Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Fe­rec Qu­li­yev: “Düz­dür, frak­si­ya de­rin si­ya­si me­se­le­le­re to­xu­na bil­me­se de…”

02 Kasım 2016

8:16 am


02/11/2016 [12:12]: xeber –
İran par­la­men­tin­də Türk frak­si­ya­sı ya­ra­dı­lıb. Yer­li in­ter­net por­tal­la­rı və İran xə­bər agentlik­lə­ri Təb­riz mil­lət və­ki­li və Şər­qi Azər­bay­can vi­la­yə­ti­nin keç­miş va­li­si Əh­məd Əlir­za Bey­gi­yə is­ti­nad­la be­lə bir mə­lu­mat ya­yıb.Əlir­za Bey­gi frak­si­ya­nın adı­nı Türkdil­li­lər frak­si­ya­sı, elə­cə də Türk frak­si­ya­sı ki­mi bil­di­rib. La­kin ya­rı­rəs­mi Fars xə­bər agentli­yi yay­dı­ğı xə­bə­rin baş­lı­ğın­da Azə­ri­dil­li­lər frak­si­ya­sı ifa­də­si də dərc edib.Ha­zır­da An­ka­ra­da ya­şa­yan si­ya­si ekspert Kə­rim Əs­gə­ri “Ame­ri­ka­nın Sə­si”nə mü­sa­hi­bə­sin­də 60-dan çox mil­lət və­ki­li­nin İran Məc­li­sin­də Türk frak­si­ya­sı ya­rat­ma­sı­nın önəm­li ol­du­ğu­nu bil­di­rib, am­ma qeyd edib ki, onun nü­fuz və tə­si­ri­ni za­man gös­tə­rə­cək. Onun söz­lə­ri­nə gö­rə, frak­si­ya­nın ya­ra­dıl­ma­sı xə­bə­rin­dən son­ra çox diq­qət­çə­kən möv­zu elə onun adı olub: “İran­da 90 il­dir tür­kün in­kar edil­mə­si­nə şa­hi­dik. Rəs­mi şə­kil­də ol­ma­sa da, əməl­də türk adı in­kar olu­nub, ye­ri­nə qon­dar­ma azə­ri çı­xa­rıl­mış­dı. Bu gün İran Məc­li­sin­də özəl­lik­lə də 60-dan çox mil­lət və­ki­li­nin təş­kil et­di­yi qru­pun adı ola­raq türk sö­zü­nün is­ti­fa­də edil­mə­si çox önəm­li­dir. Bu ye­tər­li­dir­mi? Yox, de­yil. Çün­ki türkdil­li de­dik­lə­ri za­man, yə­ni tür­kü ta­ma­mi­lə rəs­miy­yə­tə ta­nı­mır­lar. An­caq bu, azə­ri kəl­mə­sin­dən qat-qat yax­şı­dır”.Türk frak­si­ya­sı­na Şər­qi Azər­bay­can, Qər­bi Azər­bay­can, Ər­də­bil, Zən­can və Teh­ran vi­la­yət­lə­rin­dən olan 5 mil­lət və­ki­li­nin da­xil ol­du­ğu he­yət sədrlik edə­cək.Əs­gə­ri bu he­yə­tin türklə­rin ən çox ya­şa­dı­ğı vi­la­yət­lər­dən se­çil­mə­si­nin həm­çi­nin bir me­saj ol­du­ğu­nu vur­ğu­la­yır.Təb­riz­li si­ya­si ekspert frak­si­ya­nın ya­ra­dıl­ma­sı­nı ümu­mi­lik­də önəm­li bir ad­dım ki­mi qə­bul edir, am­ma de­yir ki, bu ba­rə­də də­qiq fi­kir bil­dir­mək hə­lə ki, çox tez­dir.Kə­rim Əs­gə­ri­nin söz­lə­ri­nə gö­rə, frak­si­ya­ya həm mü­ha­fi­zə­kar, həm də is­la­hat­çı mil­lət və­kil­lə­ri da­xil­dir.Türk frak­si­ya­sı­nın üzvlə­rin­dən is­la­hat­çı si­ya­sət­çi və Təb­riz mil­lət və­ki­li Mə­sud Pe­zeş­ki­yan İran par­la­men­ti­nin bi­rin­ci sədr mü­a­vi­ni se­çi­lib.Əs­gə­ri frak­si­ya­nın müx­tə­lif si­ya­si qa­nad­la­rın üzvlə­rin­dən təş­kil edil­mə­si­nin diq­qə­tə­la­yiq ol­du­ğu­nu vur­ğu­la­yır.Onun söz­lə­ri­nə gö­rə, Türk frak­si­ya­sı par­la­mentdə bir qrup ki­mi hər han­sı bir qa­nu­nun qə­bu­lu və ya qə­bul olun­ma­ma­sın­da rol oy­na­ya bi­lər.Əs­gə­ri həm­çi­nin de­yir ki, “bu frak­si­ya ilə bağ­lı ən önəm­li mə­qam kim­lik mə­sə­lə­si­dir. Frak­si­ya­ya üzv olan mil­lət və­kil­lə­ri bu­nu ha­mı­dan da­ha yax­şı bi­lir. Seç­ki­lər­dən ön­cə bun­la­rın ha­mı­sı mü­ha­fi­zə­kar, müs­tə­qil, ya da is­la­hat­çı ol­duq­la­rı­na bax­ma­ya­raq, kim­lik mə­sə­lə­si ilə bağ­lı ver­dik­lə­ri vəd­lə­rə gö­rə səs qa­za­nıb­lar. Tə­bii ki, bu seç­ki­lə­rin dörd il son­ra­sı da var…”, de­yə o vur­ğu­la­yıb.İran par­la­men­tin­də ya­ra­dı­lan ye­ni frak­si­ya­nın perspek­ti­vi ba­rə­də bi­zim ekspertlər nə dü­şü­nür?Mil­lət və­ki­li Fə­rəc Qu­li­yev qə­ze­ti­mi­zə açıq­la­ma­sın­da bil­dir­di ki, ya­ra­dı­lan frak­si­ya­nın nə iş gö­rə bi­lə­cə­yi­ni gə­lə­cək gös­tə­rər: “İs­tə­ni­lən hal­da, bu bö­yük bir ha­di­sə­dir. Mən­də olan mə­lu­ma­ta gö­rə, 100-ə qə­dər türk əsil­li de­pu­tat ora­da təm­sil olu­na­caq. Bu­nun ən üs­tün tə­rəf­lə­rin­dən bi­ri İran da­xi­lin­də­ki mil­li çox­lu­ğun eti­raf edil­mə­si­dir. Di­gər avan­taj isə türk di­li prob­le­mi­nin qal­dı­rı­la bil­mə­si­lə əla­qə­li­dir. Düz­dür, frak­si­ya də­rin si­ya­si mə­sə­lə­lə­rə to­xu­na bil­mə­sə də, dil və baş­qa prob­lem­lə­rin həl­li­nə na­il ola bi­lər. Bi­lir­si­niz ki, İran­da par­la­men­tə düş­mək üçün mil­lət və­kil­lə­ri bir ne­çə mər­hə­lə­dən keç­mə­li olur. Seç­ki­yə hər adam bu­ra­xıl­mır. İnan­mı­ram ki, frak­si­ya tez bir za­man­da han­sı­sa in­qi­la­bi ad­dım ata­caq, an­caq, is­tə­ni­lən hal­da, bu bö­yük ha­di­sə­ni al­qış­la­maq la­zım­dır. Frak­si­ya­da təm­sil olu­nan hər bir de­pu­ta­ta uğur­lar ar­zu­la­yı­ram”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler