Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Fazil Memmedov sualları cavablandıracaq

24 Ekim 2016

3:44 pm


24/10/2016 [19:42]: xeber –
Vergilər naziri Fazil Məmmədov oktyabrın 28-də Göygöl rayonunda bu regiondan olan vətəndaşlarla görüşəcək.sayt Vergilər Nazirliyinə istinadən xəbər verir ki, Göygöl şəhəri, Heydər Əliyev Parkı, Hummel küçəsi 3 ünvanında yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək görüşdə Göygöl, Gəncə, Samux, Goranboy və Daşkəsən rayonlarından olan sakinlər iştirak edə bilərlər.Görüşdə vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq.Göygöl, Gəncə, Samux, Goranboy və Daşkəsən rayonlarından olan vətəndaşlar Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi, 12 saylı Ərazi Vergilər Departamenti, Yeni Gəncə Vergi Ödəyicilərinə Xidmət Mərkəzi və Goranboy rayonu Vergi Ödəyicilərinə Xidmət Mərkəzi ilə əlaqə saxlayıb görüşə yazıla bilərlər.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler