Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Fatmagülün suçu ne?” ssenarisinın müellifi dünyasını deyişdi

30 Ağustos 2016

5:08 am


30/08/2016 [09:07]: xeber –
sayt xəbər verir ki, avqustun 29-da Türkiyə ədəbiyyatının görkəmli nümayəndələrindən biri – Vədat Türkəli 97 yaşında həyata vəda edib. Romançı, şair, ssenarist kimi tanınan Vədat Türkəli “Mavi qaranlıq”, “İtmiş romanlar”, “Bir nəfər təkbaşın” kimi məşhur romanların müəllifidir. Azərbaycanda isə Vədat Türkəlini məşhurlaşdıran onun ssenarisi əsasında çəkilmiş və Kanal D – də yayımlanmış, Ay – Yapımın istehsalı olan “Fatmagülün suçu nə?” serialı olub. Məşhur aktrisa Bərən Saatın baş rolda oynadığı bu dizi tamaşaçıların böyük marağını çəkmişdi. Vədat Türkəli bu gün İstanbulda “Zincirli quyu” məzarlığında dəfn olunacaq.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler