Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Fatih Terim dünya üzre liderliyi ele keçirdi

04 Ekim 2016

10:00 am


04/10/2016 [13:56]: xeber –
Futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim aldığı məvaciblə dünyada liderliyi ələ keçirib. sayt xəbər verir ki, ən çox maaş alan milli yığma məşqçilərinin siyahısı hazırlanıb. Fatih Terim illik 3.5 milyon avro ilə dünyanın ən çox maaş alan milli komanda məşqçisidir. Almaniya ilə bir çox uğurlar əldə edən Y.Löv isə 3.2 milyon avro maaşla sıralamada ikinci yeri tutur. İlk üçlüyü isə Braziliyanın baş məşqçisi Tite qapayır. Onun illik məvacibi 2.9 milyon avrodur. Bir maraqlı məqam isə Portuqaliyanı tarixində ilk dəfə Avropa çempionu edən Fernando Santosun cəmi 1.2 milyon avro almasıdır. Müqayisə üçün deyək ki, Azərbaycan milli yığmasının baş məşqçisi Robert Prosineçki də o qədər maaş alır.Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler