Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Faiz verenler sanki Allah ve peyğemberiyle müharibe edirler” – “Qurani-Kerim”

06 Ağustos 2016

5:56 pm


06/08/2016 [21:53]: xeber –
Dünəndən bəri mətbuatda Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Rüfət Quliyevin faizə pul verməsi, yəni sələmçiliklə məşğul olması ilə bağlı təsdiqlənməmiş məlumatlar yer alır. sayt olaraq məsələylə bağlı deputatın məhkəməyə verdiyi tərəfin vəkili Ceyhun Yusifovun açıqlamasını təqdim etmişdik. Həmçinin ölkənin bir neçə tanınmış hüquqşünasından Milli Məclisin deputatının faizə pul verməsi məsələsini soruşmuşduq. Suallarımızı cavablandıran hüquqşünaslar bildirmişdilər ki, sələmçilik həm sahibkarlıq fəaliyyəti haqqında qanuna, həm də Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsinə görə, Milli Məclisin deputatına sahibkarlıq fəaliyyəti qadağan olunduğundan, deputatın faizə pul verməsi də qanuna ziddir. Hüquqşünaslarımız hər hansı deputatın sələmçiliklə məşğul olmasını həm də mənəvi nöqteyi nəzərdən yolverilməz olduğunu vurğulamışdılar.Maraqlıdır, ümumiyyətlə, sələmçiliklə məşğul olmaq, faizə pul vermək haqında İslam dinində hansı qadağalar öz əksini tapıb? Bununla bağlı sualımızı tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli cavablandırdı. Hacı Şahin İslam dininə görə sələmçiliklə məşğul olmağın haram buyulduğunu bildiridi: “İslam dininin müqəddəs kitabı olan Qurani Kərimdə ayə var və həmin ayədə qeyd olunub ki, “Allah ticarəti sizə halal edib, sələmçiliyi isə haram”. Quranın açıq aşkar haram buyurduğu əməllərdən biridir faizə pul vermək. Quranda qeyd olunur ki, faiz verənlər sanki Allah və peyğəmbəriylə müharibə edirlər. Sələmçilik, ümumiyyətlə insanlar arasında etimadın zəifləməsinə, zəhmət çəkmədən var-dövlətə sahib olmasına gətirib çıxarır. Eyni zamanda sələmçilik insanlara qarşı bir növ rəhmsizlikdir, insan sadəcə faizə pul verməklə, heç bir iş görmədən dolanır, beləliklə də başqa insanları çətin vəziyyətə salır”. Hacı Şahin onu da bildirdi ki, İslam qanunlarına görə ancaq borc vermək mümkün sayılır: “Qurani Kərimdə də borc vermək tövsiyyə olunur. Borc vermək mərhəməti ifadə edir, sələmçilik isə həm qəddarlıqdır, zəhmətsiz pul qazanmaqdır. Həmçinin bir cəmiyyətdə sələmçilik yayılarsa, insanlar arasında olan iqtisadi münasibətlərə ciddi zərbə vurmuş olar”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler