Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Eyyub Peyğember arvadına niye 100 çubuq vurdu?  – Maraqlı 

13 Ekim 2016

2:20 pm


13/10/2016 [18:18]: xeber –
“İnsanlar (möminlər) yalnız: “İman gətirdik!” – demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? (Xeyr, iman gətirmək şəhadət kəlməsini təkcə dillə demək deyildir. Biz onları yeri gəldikcə malları, övladları və canları ilə sınayacağıq ki, hansının həqiqi, hansının yalançı mömin olduğunu ayırd edib bilək!) “Quran”, “Hörümçək” surəsi, 2-ci ayə.Eyyub Peyğəmbər Həzrəti Yaqubun qardaşı oğlu olmaqla, Dəməşqdə sakin idi və insanları Haqqa dəvət edirdi. Allah ona Peyğəmbərlik bəxş etməklə yanaşı həm də həddən-ziyadə var dövlət bəxş etmişdi. Onun Yusif Peyğəmbərin qızı (yaxud nəvəsi) olan həyat yoldaşından 12 saleh oğlu vardı. Eyyub Peyğəmbər həm də səxavətinə görə Allahın məhəbbətini qazanmışdı. Belə ki, o, fəqirlərə ata, yetimlərə ana nəvazişi göstərərdi. Bu Həzrət günlərini dəvət və nəsihətdə, ibadətdə keçirdiyi bir vaxtda qəlbində şeytani vəsvəsə olan insanlar  belə düşünməyə başladılar ki, Eyyubun bu dərəcədə Allaha sədaqəti ona verilmiş var-dövlət və övladla bağlıdır; bunlar onun əlindən alınsa yəqin ki, Allahdan üz döndərəcəkdir.Qəlblərdəki bu vəsvəsəni bilən Allah Eyyubun həqiqi itaətini aşkara çıxarıb, insanlara göstərmək üçün onu imtahana çəkdi. Belə ki, bir gün çoban gəlib xəbər verdi ki, sürülər dağda otlayarkən sel gəlib hamısını apardı. Ertəsi gün karvanbaşı xəbər gətirdi ki, səmum yeli dəvələrin hamısını tələf etdi. Bunun ardınca əkin yerlərinin və bağlarının yanıb tələf olması barədə xəbər gəldi. Bunlardan daha betər bir xəbərçi gəlib xəbər verdi ki, on bir oğlun böyük oğlunun evində ziyafətdə ikən ev uçaraq, hamısı divar altında qalıb öldülər. Bütün bu mal və övlad  itkilərinə baxmayaraq, Eyyub əleyhissəlam bir dəfə də olsun bəxtsizlikdən, talesizlikdən şikayət etməyərək, şükür etməyində və insanları Allaha doğru dəvət etməkdə davam etdi. Dedi dünyaya üryan gəlmişik, üryan da gedəcəyik. Yəni dünyanın malı və övladı fanidir. Lakin, qəlblərdən agah olan Allah Eyyubun səbrinin bundan daha artıq olduğunu xalqa nümayiş etdirmək istədi. Beləliklə, onu bir dərdə mübtəla elədi ki, bədəni yara səpdi, ancaq dili ilə qəlbi salamat qaldı. Buna baxmayaraq, yataqda yatdığı məqamda o, ziyarətinə gələnləri əvvəlki qaydada nəsihət və dəvət etməkdə davam etdi. Xəstəliyi uzandığından bütün el-obası usanıb, ayaqlarını çəkdilər. Yeganə həyat yoldaşı onun əziyyətini çəkirdi və ailənin ruzisini qazanmaq üçün çalışırdı. Bir gün üç dostu Həzrət Eyyubun görüşünə gəldilər. Söhbət əsnasında onun neçə müddətdir yataq xəstəsi olmasını, bədəninə qurd düşməsini üzünə vurub, hansısa böyük günahlarının olmasına eyham etdilər. Bu eyham onun xətrinə dəyib, qəlbini ağrıtdı və ömründə ilk dəfə olaraq, şəfa tapması üçün Allaha dua etdi. Dərhal duası qəbul olunub, Həzrət Cəbrayıl nazil oldu. Əlindən tutub durğuzdu. Dedi ki, ey Eyyub, sağ ayağını yerə vur. Vurduqda dərhal bir soyuq bulaq qaynadı. Sonra sol ayağını yerə vurduqda bir isti bulaq qaynamağa başladı. Əvvəlki sudan içib, sonrakından qüsul etdi. Dərhal dərdləri yox olub, kamil bir sağlamlığa sahib oldu. Qəbiləsi onun şəfa tapması və möcüzəli bulaqlardan xəbərdar olub, ziyarətinə gəldilər  və qarşısında təəzim etdilər. Bu ağır imtahandan alnı açıq, üzü ağ çıxdığına görə Allah-təala ona əvvəlkindən iki qat artıq mal-dövlət və övlad bəxş etdi. Bu barədə “Quran” da belə buyrulur:“Əyyubu da yada sal! Bir vaxt o, Rəbbinə yalvarıb dua edərək belə demişdi: “Mənə bəla üz verdi (Sənə pənah gətirdim). Sən rəhmlilərin rəhmlisisən!”“Biz Əyyubun duasını qəbul buyurduq, onu düçar olduğu bəladan (xəstəlikdən və ailəsinə üz vermiş müsibətdən) qurtardıq. Dərgahımızdan (Əyyuba) bir rəhmət və (Allaha) ibadət edənlərə ibrət dərsi (öyüd-nəsihət) olsun deyə, övladlarını qaytarıb ona verdik, üstəlik bir o qədər də əlavə etdik”. “Quran”, “Peyğəmbərlər” surəsi, 83-84-cü ayələr.Onu da qeyd edim ki, xəstə yatdığı günlərdə həyat yoldaşı bir gün bazardan gec qayıtdı və bu Əyyub əleyhissəlamı çox əsəbləşdirdi. Özünə söz  verdi ki, gələndə ona yüz çubuq vuracam. Xəstəlikdən durduqdan sonra bu əhd onun boynunda qalmışdı. Həyat yoldaşı saleh qadın olduğuna görə əhdi yerinə yetirməyə də əli gəlmirdi. Bu vaxt Allahdan vəhy gəldi ki, yüz çubuğu (yarısı quru, yarısı yaş olmaqla) bir yerə bağla və onunla həyat yoldaşını bir dəfə vur. Peyğəmbər belə edərək, əhdini yerinə yetirmiş oldu.  “Şübhəsiz ki, bu hekayətdə ağıl sahibləri üçün bir ibrət vardır…”. “Yusif” surəsi, 111.  Paşa Yaqub – tədqiqatçı-yazıçıMüəllifin arxivi: //www.moderator.az/search?q=pa%C5%9Fa%20yaqub


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler