Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Eynulla Fetullayev-40

25 Eylül 2016

11:24 am


25/09/2016 [15:20]: xeber –
İsaxan Aşurov haqqında çoxdandır ki, yazı yazmaq istəyirdim. Ancaq nədənsə yaza bilmirdim. Saytların birində Eynullanın 40 yaşının tamam olduğu xəbərini eşidəndən sonra yazmaq qərarına gəldim. İsaxan Aşurov 2010 -cu ilin iyun ayında Eynulla Fətullayevin məhkəməsində onun hüquqlarını qoruyurdu. Başqa sözlə desək, vəkili idi. Eynullanın prosesindən düz 2 il sonra o, dünyasını dəyişdi. İsaxan müəllim indi yaşasaydı, 61 yaşı olacaqdı. Ancaq yaşamadı. Eynulla isə yaşayaraq bu gün 40 yaşını başa vurur. İsaxan Aşurovun dəfn mərasimində dostları nitq söylədi. Həmin nitqlərdən ikisini yada salmaq istəyirəm.Hikmət Hacızadə: “Bu gün bizim üçün olduqca ağır gündür. Vətənimizin kişi bir oğlunu son mənzilə yola salırıq. Azərbaycanda və bütün dünyada onun adı yüksəkdə olub. Azərbaycan və dünya qəzetləri onun haqqında məqalələr dərc edir. O vuruşub. Vətənin mərd əsgəri olub. O, sülh dövründə də ədalətsizliklərlə vuruşaraq insanlara əl tutub. Onunla bağlı bir xatirəmi danışmaq istəyirəm. Bir dəfə mənə dedi ki, Hikmət, mən toya getmirəm. Amma, görürəm ki, hardasa imkansız bir jurnalist ya , çətinlik çəkən bir fəal toy edir, çalışıram gedim onun toyunda iştirak edim, pul yazdırım. Ona görə yox ki, mənim onlara yazığım gəlir. Mən o, insanları dəyərləndirirəm”.Tofiq Yaqublu: “İsaxan bəyin üzvü olduğu partiyanın adından ailəsinə və yaxınlarına baş sağlığı verdirəm. Allah rəhmət eləsin. Bizim üçün onun itkisi çox ağırdır. İsaxan bəy Müsavat Partiyasının, onun Məclisinin üzvü, hüquq komitəsinin sədri idi. Çox prinsipial, ədalətli bir insan idi. İşini elə görürdü ki, orada biz qüsur tapa bilmirdik. Mən onun mübarizəsinə heyran qalırdım. Bu dəqiqə bütün dünya mətbuatı ondan yazır. Bu, hər adama qismət olmur”.Mən elə-belə bu iki nüfuzlu “Musavat” funksionerinin nitqini yada salmadım. Rəhmətliyin də qurucusu olduğu bir partiyanı elə günə qoydular ki, indi adam onun adını bu partiya ilə yanaşı çəkmək istəmir. Vəkili olduğu Eynulla Fətullayev isə yaxın silahdaşlarına qənim kəsilib. Bu iki işə görə bəlkə də İsaxan Aşurov Migel Asturiasın məşhur “Dəfn edilmişin gözləri” əsərindəki qəhrəman kimi qəbirdə gözüzçıq yatıb.Dəyərli dostumuzun cənazəsi 2012-ci ilin iyun ayının 28-də doğulub, boya-başa çatdığı Faxralı kənd qəbiristanlığında torpağa tapşırıldı. Güclü yağış yağmasına baxmayaraq olduqca izdihamlı keçən dəfn mərasimində onun son vəsiyyəti də açıqlandı. İsaxan Aşurov vəsiyyətində yazıbmış ki, onu dəfn edərkən başı üstündə şair Ramiz Rövşənin “Qara paltarlı qadın” şeri oxunsun.Almas Aşurov mərhumun son vəsiyyətini yerinə yetirdi. O, yağan yağışın islatdığı vərəqdən şeri oxudu:Kişilər bir olmur atam balasıQorxağı var, igidi var,Amma hər kişinin öləndən sonraQəbri üstdə ağlamağaBir qara paltarlı gözəl bir qadına ümidi varSən öləndə kim olacaq gözlərini bağlayan?Qardaşmı olacaq, yadmı olacaq?Bu dunyada bəlkə sənə ən çox ağlayan,Ən çox ağlatdığın qadın olacaq?!Göz yaşları yuduqca baş daşınıQəbrində qurcalanıb, deyəcəksən: ilahiİllər boyu ağlatdığım bu qadınGörən necə saxlayıbdır bu qədər göz yaşını?!Bircə kərə nə saçını oxşamışam,Nə gözünü silmişəm.Gözlərimə batır indi saçlarının hər dəni,İllər boyu bu qadına mən axı dərd vermişəmİndi görən niyə çəkir dərdimi?Bu qadın baş daşımı öpüb sığallamaqdansa,Yumruğuyla döysə, döysə yaxşıdı.Qəbrimin üstündə ağlamaqdansa,Məni söysə yaxşıdı.Yeri, yeri, qara paltarlı qadın,Kiri, kiri, qara paltarlı qadın.Bu qəbir də min qəbirdən biridir.Baş daşımı bəsdir basdın bağrına,Bütün mənə ağlayanlar kiridi,Sən də kiri, qəbrim damır, ağlama…Etibar Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler