Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Eyni ifadeni bir Türk gedib İravanda hayqıra bilse…”- Fazil Mustafa

24 Temmuz 2016

12:20 pm


24/07/2016 [16:18]: xeber –
sayt -ın Türkiyə telekanallarında yayımlanan “Nə mutlu erməniyəm deyənə!” sloqanı ilə bağlı yazısı oxucuların diqqətini çəkib. Saatlar öncə saytda yayımlanmasına baxmayaraq 30 min dəfədən artıq oxunaraq cəmiyyətdə rezonans doğurub.Məsələ ilə bağlı millət vəkili Fazil Mustafa maraqlı təklif ilə çıxış edib. Millət vəkili belə hesab edir ki, bu şüara etiraz əvəzinə, qarşılıq şüar ürətmək lazımdır:”Türk telekanallarında yer alan “Nə mutlu erməniyəm!” sloqanı heç şübhəsiz ki, Atatürkün “Nə mutlu Türküm deyənə!” məşhur kəlamına inad olaraq bildirilmişdir. Bu şüar Ermənistanda səsləndirilmiş və televiziyalarda yayılmış olsaydı, kimsəni təəccübləndirməzdi. Ancaq Türkiyənin hakimiyyətə yaxın kanalında reklam olunması haqlı olaraq Azərbaycan insanında xeyli üzüntü yaratmışdır. Məncə buna etiraz əvəzinə, qarşılıq şüar ürətmək lazımdır. Məsələn, “Erməni olmaq Xocalıda körpə üşaqları, hamilə qadınları qətlə yetirməkdir. Erməni olmaq başqa dövlətin ərazisini işğal etməkdir. Erməni olmaq, işğal etdiyi ərazilərdə məscidləri, mədəniyyət abidələrini dağıtmaqdır, etnik təmizləmə aparmaqdır. O halda sururuq ki, qatil olmaqdan, işğalçı olmaqdan, vandal olmaqdan mutlusunuzmu?” Bizim kanallar da bunu yayınlasın. Bir də buraxın Türkiyədə “Türk olmaqdan mutlu olanlar”ın özləri bu erməni mutluların səsini batırsın! Görək axı, bu ölkədə Türk olmaqdan mutlu olanlar hansı dəlmə-deşikdə gizləniblər! Eyni ifadəni bir Türk gedib İravanda hayqıra bilsə, bəlkə o zaman erməniyə bu mutluluq şansını vermək olardı.”




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler