Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Evli kişinin qaçırdığı 17 yaşlı nişanlı qız tapıldı – Amma…+Foto

21 Ağustos 2016

9:44 am


21/08/2016 [13:43]: xeber –
2 gün öncə Cəlilabad rayonunun Boyxanlı kəndində evli kişi tərəfindən qaçırılan 17 yaşlı nişanlı qız tapılıb.Qızın yaxınlarının “Qafqazinfo”ya verdiyi məlumata görə, o, hüquq-mühafizə orqanları tərəfindən tapılaraq polis bölməsinə gətirilib.Amma tapılan qızın ailəsi bu məsələdən narahatdır:“Bizə deyirlər ki, qızın artıq 16 yaşı olub və onu sizə təhvil verə bilmərik. Guya, qız özü nəticə çıxararaq ailəsi ilə qalıb-qalmamaq haqda qərar verməlidir. Bizə qızımızla görüşməyə icazə vermirlər. Axı qanunvericilikdə belə bir şey yoxdur, onun 18 yaşı tamam olmayıb ki, qərar versin. Qız tapılan kimi bizə verilməli idi. Bəlkə elə ona təzyiq olunur?! Bəlkə onun beyninə salırlar ki, “səni bundan sonra heç kim qəbul etməz?!””Ailə iddia edir ki, bundan öncə də həmin kişi başqa bir yeniyetmə qızı qaçırıb və həbsdən yayına bilib:“Bu oğlan birinci dəfə də 15 yaşlı qız qaçırmışdı. Polis oğlanın ailəsindən pul alıb məsələni bağlayıbmış. Böyük ehtimalla yenə polisə pul təklif ediblər. Ona görə də onları müdafiə edir. İndi birinci dəfə qaçırılan qızın atası da şöbənin qarşısına gedir”.Polis orqanları hələ ki, qızın verdiyi qərarı ailəsinə açıqlamayıblar.Nişanlı qızı qaçıran kişinin fotosunu təqdim edirik: 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler