Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Evi yanan şehid ailesinden xeber var – FOTO

07 Ağustos 2016

1:08 pm


07/08/2016 [17:05]: xeber –
Evi yanan şəhid atası Cəlilabad rayon Muğan kənd sakini Dövlət Hüseynovun ailəsindən xəbər var. Belə ki, şəhid ailəsinin evi yanan gündən hadisəni nəzarətdə saxlayan sayt saytı şəhid ailəsi ilə bağlı yeni xəbər əldə edib. Belə ki, artıq evi külə dönmüş şəhid ailəsinin iki mərtəbəli evinin dam örtüyü rayon icra başçısı Əziz Əzizov tərəfindən təmir etdirilib.sayt -ın rayona ezam olunmuş əməkdaşı bu gün şəhid ailəsi ilə görüşüb və şəhid ailəsinin problemi ilə maraqlanıb. Məlum olub ki, bir neçə vaxtdır ki, qonşularda gecələyən ailə evin dam örtüyü təmir idildikdən sonra öz evinə köçə bilib. Evdə artıq təmir olunası yerlər evin döşəmə və tavan örtüyüdür. Şəhid atası ümid edir ki, buna da köməklik göstəriləcək. Şəhid atası Dövlət Hüseynov problemi işıqlandırdığına görə sayt saytına da öz minnətdarlığını bildirib.Xatırladaq ki, iyulun 4 – də saat 17 – radələrində Cəlilabad rayon Muğan kənd sakini Hüseynov Dövlət Sefulla oğluna məxsus iki mərtəbəli yaşayış evi kənddə elektrik enerjisinin tez – tez yanıb sönməsi nəticəsində qısaqapanmadan yanaraq külə dönüb. Bununla da evdə yaşayan 15 nəfər sakin küçələrdə qalmışdı. Həmçinin Qarabağ müharibəsində Dövlət Hüseynovun üç oğlu döyüşlərdə iştirak edib. Qardaşlardan Hilal Hüseynov itkin düşərək, şəhidlik statusu almışdır.Təmir edilən evin yeni görüntülərini təqdim edirik.Vasif Əlihüseyn


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler