Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Ev tapşırığı”na ehtiyac varmı?

08 Ekim 2016

2:00 pm


08/10/2016 [17:59]: xeber –
Dərsi dərsdə öyrənmək, evdə isə yüngülcə təkrarlamaq olar.Böyük Britaniyanın Kolçester şəhərində müəllimlərin vaxta qənaət etməsi və uşaqlarda dərs yükünün və stresin səviyyəsinin azaldılması məqsədi ilə məktəbdə ev tapşırıqlarının tamamilə ləğv olunması xəbəri bu məsəni ölkəmizdə də yenidən gündəmə gətirib.Moderator az tanınmış təhsil eksperti Nadir israfilovun məsələyə münasibətini öyrənib.“Gündəmə gətirilən məsələ heç də yeni məsələ deyil və bunu təkcə Kolçester məktəbinin təşəbbüsü kimi qiymətləndirmək də düzgün olmazdı. Bildiyim qədər belə və buna bənzər təcrübələrdən illərdən bəridir ki, İngiltərənin başqa məktəblərində, həmçinin Almaniya və bir sıra digər ölkələrdə də yararlanırlar.“Ev tapşırığı” deyəndə bu, bizdə əsasən müəllim tərəfindən şagirdə dərsdən sonra müstəqil şəkildə həll etmək və ya öyrənmək üçün verilən tapşırıq kimi nəzərdə tutulur. Bu mənada ev tapşırığının verilməsində məqsəd belə hesab olunur ki, yeni keçilən mövzunun yadda saxlanmasına nail olmaqdır.Şagirdlərə ev tapşırıqlarının verilib-verilməsi ilə bağlı yayılan fikirlərə Təhsil Nazirliyi hələ ki, ibtidai sinif müəllimlərinə şagirdlərə ev tapşırıqları verilərkən onların ağırlıq səviyyəsinə diqqət yetirmələrini tövsiyə etmək və məktəbəhazırlıq qruplarında ev tapşırığının olmayacağını bəyan etməklə kifayətlənib. Nazirliyin mövqeyinə görə, ev tapşırıqları mahiyyət etibarilə şagirdlərin təlimə marağını artırmalı, idrakı inkişaflarına, həyati bacarıqlara yiyələnmələrinə müsbət təsir göstərməlidir.O ki, qaldı mənim subyektiv mövqeyimə hesab edirəm ki, ev tapşırığı hansısa şagird üçün nə qədər üzücü, hansısa valideyn üçün nə qədər zəhlətökən olsa da, eyni zamanda şagirdləri öz asudə vaxtlarını daha sərbəst və mənalı keçirməsində, valideynlərə məişət və digər sosial qayğıları ilə məşğul olmalarında maneə yaratsa belə biz hələ ki, bu tapşırıqdan imtina etməyə bir növ tam hazır deyilik.Nə qədər ki, şagirdlərimizə dərsi məhz dərsdə öyrədib, məsmənimsətməyi örənməmişik ev tapşırığının verilməsinə hər hansı bir qadağa qoya bilmərik. Bu halda, necə deyərlər həm Əli aşından, məhrum olarıq həm də Vəli aşından . Bu proses mərhələlər üzrə həyata keçirilə bilər.İlk mərhələ isə ondan ibarət ola bilər ki, bu tapşırıqların həcmi və ağırlıq dərəcəsi azaldılsın.Bir sözlə hələ ki, dərsi dərsdə öyrənmək, evdə isə yüngülcə təkrarlamaq olar. Proses nə qədər tez başa çatdırılsa həm şagirdlər, həm valideynlər həm də müəllimlər əlavə yükdən bir o qədər daha tez azad olar.”


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler