Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Etiraz aksiyalarını yatırmağın qeyri-adi yolu – Qadın polis ve herbçiler…

06 Kasım 2016

6:56 am


06/11/2016 [10:52]: xeber –
Xəbər verildiyi kimi, noyabrın 4-də İndoneziya paytaxtı Cakartada müsəlmanların kütləvi etiraz aksiyaları başlayıb. Buna səbəb paytaxt qubenatorunun  Müqəddəs Qurani-Kərim haqqında yanlış şərhləri olub.  Etirazlar dinc xarakter daşısa da, İndoneziyanın güc strukturları hər cür gözlənilməz olaya, o cümlədən qubernator iqamətgahı ətrafında hər hansı zorakılığın baş qaldırmasına hazır vəziyyətdə dayanıblar.  sayt xəbər verir ki, bu haqda ölkənin “The Jakarta Post” nəşri yazıb. Ən maraqlısı isə odur ki, əsasən  hicablı qadınlardan ibarət silahsız polis və hərbçi dəstələri paytaxtın xüsusi əhəmiyyətli obyektləri, o cümlədən qubernator iqamətgahı ətrafında növbətçilik  etməyə başlayıblar. Onlar kütlənin sakitləşməsi üçün ucadan Əsmail-Hüsnanın (Allahın 99 adı: məsələn, ər-Rahim, ər-Rahman, əl-Malik, əl-Kuddus və s.) səsləndirməyə hazır durublar. Doğrudan da əksəriyyəti inanclı müsəlman olan Cakarta sakinləri silahsız və hicablı xanım polisləri görən kimi qeyri-iradi özlərini yığışdıraraq sakitləşiblər… Qeyd edək ki, İndoneziyada digər dövlət qurumlarının əməkdaşları kimi,  hərbçi və polislər də mütləq İslami biliklərə yiyələnməlidirlər. P.S. Doğrudan da bu, kütləvi etirazları zorakılıq etmədən, qan tökmədən yatırmaq üçün orijinal bir üsuldur. Bu şərtlə ki, diktarorlar və avtoritar rejimlər belə yoldan sui-istifadə etməyə… Sultan Laçın


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler