Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Eşq ve igidliyin gerçek adı – Ərzurum

04 Ağustos 2016

7:44 pm


04/08/2016 [23:32]: xeber –
(“Qənirə Paşayeva ilə addım-addım Türkiyə”)2-ci hissəO gözəl diyara son dəfə konfrans vermək üçün səfər etmişdim. Təbii ki, ilk görüşümüz Ərzurum bələdiyyə başçısı Mehmet Sekmenle oldu. Mehmet bəyl əbədi, əzəli torpaqlarımız olan Dağlıq Qarabağ hadisələri, son vaxtlar cəbhədə baş verən olaylar barəsində ətraflı söhbət etdik. Bələdiyyə başqanı Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olmasını xüsusi qürur hissilə vurğuladı, işğal olunmuş doğma torpaqlarımızın azad edilməsi uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhuna dualar oxuduq. Eyni zamanda, birlikdə qardaş Türkiyədə törədilən terror aktları zamanı və ya terrorla mübarizədə həyatını itirən qardaş-bacılarımıza rəhmt dilədik, ailələrinə səbr arzuladıq. Görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhər və bələdiyyələrinin qardaş şəhər və bələdiyyələr olduğundan söz açaraq açaraq, qədim Ərzurumu da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istdiyimizi bildirdik. Eyni zamanda Ərzurumun mərkəzi parklarından birinə “Qarabağ” adının verilməsi, orada şəhidlərimizin xatirəsinə “Şəhidlər” abidəsi qoyulması, mərkzi küçlərdən birinə isə “Azərbaycan” adının verilməsi istəyimizi dilə gətirdik. Bələdiyyə rəhbərliyi təkliflərimizi qəbul edib, bu cür addımın atılmasının böyük əhəmiyyəti və vacibliyindən söz açdı. Eyni zamanda Mehmet bəylə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mabadiləsi apardıq. Azərbaycanı çox sevdiyini deyən Ərzurum bələdiyyə başqanı M.Sekmen Türkiyə və Azərbaycanın bir millət, iki dövlət olduğundan söz açdı, Ərzurum bələdiyyəsinə rəhbərlik etdiyi zaman çərçivəsində Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm verib, diqqət edəcəyini söylədi. O, həmçinin, qardaş bələdiyyələr məsələdi ilə bağlı addım atılacağını vurğuladı. Bildirdi ki, Ərzurumda “Azərbaycan” küçəsi, “Qarabağ” parkı və şəhidlər abidəsinin olması ilə bağlı təkliflri yüksək qiymətləndirir. Bu təkliflərə qısa vaxt ərzində mütləq baxılacaq və bu məsələlər mütləq müsbət həllini tapacaq. Bütün bunlarla bərabər, müəllifi olduğum “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı barədə ətraflı söhbətimiz oldu. Bildirdim ki, kitabın növbəti hissəsində qədim Ərzuruma da geniş yer ayrılacaq. Ona görə ki, Azərbaycan insanı Ərzurumu bütün varlığı, imkanları, tarixi inkişafı ilə bir arada tanımalıdırlar: “Bu hədiyyə mənim bu qədim bölgəmizə xüsusi sevgi və sayğımı da ifadə edəcək”. Sonda Ərzurum bələdiyyə başçısına Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar təqdim edərək onu Azərbaycana dəvət etdim. Azərbaycanı çox sevdiyini deyən Ərzurum bələdiyyə başqanı Mehmet Sekmen dəvəti böyük məmnuniyyətlə qəbul etdiyini vurğulayaraq qısa zamanda Azərbaycana səfər edəcəyini bildirdi. Sonda Mehmet bəyə və bələdiyyə üzvlərinə həmmüəllifi olduğum “Karabağ hikayeleri” toplusunun hədiyyə etdik.Hal ilə anlatmaq məqamıBir gün Həzrəti Mevlana Sədrəddin Konevi ilə sükut içində üzbəüz oturublarmış. Dərvişlərdən biri sükutu pozub Mevlanədən “fəqirlik nədir?” – deyə sual edir. Ustad sual əhlinə əhəmiyyət verməyib sükutunda davam edir. Bu cavabsızlıqdan inciyən dərvişə Sədrəddin Konevi anladır ki, əslində Mevlana sənin sualını susmağıyla cavablandırdı. O, səninlə dil ilə deyil, hal ilə danışdı. Allah dostlarının yanında hal ilə danışarlar… Bu böyük düşüncə sarıb ruhumu. Ərzurumun bənzərsiz tarixi, əfsanəvi təbiət gözəllikləri önündə heyrətlə düşünməkdəyəm ki, bu zəngin aləmi, böyük tarixi dillə, sözlə yox, ancaq hal ilə, yəni fikrət, ruhən anlatmaq olar – Ərzurum ruhən yaşamayınca anlatmaq mümkünsüzdü. Bu qudsal, bənzərsiz – bölgənin hər qədəmi doğmalıq qoxuyan aləminə vardıqca sevginin gücündən “çırpınıb, çırpınıb nəfəs gizlənr”.Bir ana misallı ƏrzurumSonra şəhərin tarixi yerlərini ziyarətə başladıq. Ruhumuzda, könlümüzdə də bu qədim, unudulmaz, şeirlər:Bir türkü söylə bana – Ərzurum kokulu, ətirli olsun. Bir el nişan ver ki, Ərzurum qədərBir ana misallı, xətirli olsun!Gözəlimiz Ərzurum üzünə sıx-sıx oxunar bu türkü… Ərzurum öylə bir gözəllik məkanı ki, camalı şövqündə sular durular. Zaman-zaman ustad el ozanları, şairləri bu unudulmaz deyimlərlə tərif etmişlər. Anadolunun giriş qapısı olan bu cənnət diyarı:Havanda, suyunda bir başqa hal var, Canlara can qatar səndəki bahar. Zorlu dədələrim soynunda yatar, Şirin çanım sənə qurban, Ərzurum…“Ərzurum” deyilincə ağıla mərdlik, “tarixi gözəllik” deyilincə Ərzurum gəlir. Ustad ozanların dililə desək, igidlik möhürünü tarix səhifəsinə əbədi vuranlardandı Ərzurum. Əsrlər boyunca süd rəngli obalarını, yaylaqlarını “mənim” – deyə qiyaslandıranlar “Ben Erzurumluyum, Erzurumluyum” – deyə duyğularını car ediblər. “Ab-ı həyat Erzurum” – deyə tərifini veriblər. İndiki halda yaddaşım ta uşaqlıq, gənclik illərində isti duyğularla oxuduğum kitablar kimi vərəqlənir. Yadımdadı və heç unutmuram ki, ən ətirli, təzə-tər gül ləçəklərini dərib o kitabların vərəqləri arasında qurudar, əhd-vəfa, sədaqət simvolu olaraq saxlardıq. Yaşın, ömrün bu vədəsində hərdən o kitblar açır, o gül ləçklərini ən unudulmaz, əziz illərin xatirəsi kimi qoxlayırıq… Ərzurumta uşaqlığımızdan, gənclik illərimizdən o sevimli kitabların vərəqləri arasında qiymətli gül ləçəkləri kimi qoruduğumuz, daha çox vəfa, etibar qoxuyan gül ləçəkləri kimidi. O gözəl kitabn bir səhifəsindən qos-qoca “Koroğlu” dastanından bəlli olan “Koroğlunun Ərzurum səfəri” ətri gəlir. Başqa bir səhifəsi isə bir Kərəm dastanı ötür yenidən.Koroğlu yaşdaşlığı, Kərəm yurddaşlığı ilə bizlərə bir köynək daha yaxındı Ərzurum. Hər daşı-qayası tarix qoxuyur. Doğmadı, əzizdi hər köyü ilə!Doğu Anadolu bölgəsinin ən böyük vilayətlərindən biridir Ərzurum. Ta qədim zamanlardan əkin-biçinlə, heyvandarlqla məşğul olan insanların halallıqla qurub-yaratdıqları bir məkandı burası. Dəniz yüksəkliyi 1900 metrdi. 2015-ci ilin siyahıya alınmasına görə 762.321 nəfərlik əhalisi var. Son illərdə qış idman oyunlarına daha çox qucaq açan Ərzurum əsl cənnət diyarı, möcüzələr məkanıdır. Bu qədim şəhərin bəlli olan ilk ad Doğu Roma imperatoru 2-ci Theodosiusun (408-450) adıyla ilişkili olan Theodosionolisin ismiylə bağlıdır. Ərəblərsə məşhur tarixçi Bələzuruyə istinadən “Kalikala” deyə adını tarixə həkk ediblər. Tarixin çox uzaq bir dönəmində kəsilən Səlcuqlu paraları üzərindəki yazılardan Ərzurumun adı Erzenur-Dum, Erzen-i Dum və Erz-i Dum kimi keçir. Daha sonralar isə bu ad Arz-ı Dum olaraq dildən-dilə düşmüş, zamanın gərdişi onu Ərzurum adıyla tarixin yaddaşına çevirmişdir. Təbii coğrafi şəraiti, əlverişli coğrafiya məxsus olması, önəmli tarix və mədəniyyət mərkəzi olaraq tanınması Ərzurum Anadoluda ən qədim yaşayış məsknlərindən biri olmasından xəbər verir. Tarixin M Ö 4000 ilə qədər uzanmaqdadı. Urartular, Kimmerler, İskitler, Hititlər, Medlər, Romalılar, Bizanslar, Sasanilər, Əməvilər, Selcuklular, Monqollar, Elxanilər, Səfəvilər, Osmanlılar və Türkiyə Cümhuriyyəti dönəmlərinin qos-qoca şahidi, silinib-pozulmaz izidi Ərzurum. MÖ 2-ci əsrdə Azzi-Hayaşa krallığının mərkəzi olub. Yenə də MÖ 8-ci yüz ildə Urartular dönəmini yaşayıb. Medlərin idarəçiliyi bu yerlərdə MÖ. 585-550-ci illərin əhatə edir. MÖ 550-530-cu illərin fars idarəçiliyini MÖ 330-323-cü illərdə Böyük İsgəndər dönəmi vəzləyib. Tarixi qaynaqların Selökidlər, Partlar, Romalılar dönəmi barədə sıx-sıx verdiyi şəhadətləri də var.Ərzurumun gədiyinə varınca bu qədim tarix bütün olmuşları, yaşanmışları ilə yaddaşı yenidən oyadıb keçir. Miladdan sonrakı Bizans, Sasanilər, Abbasilər və s. dönəmi gəlir. 1048-ci ildə Ərzurum və civarları İbrahim Yünal bəy və Kutlamış bəyin axınlarına şahid olmuş, Toğrul bəy Ərzuruma qədər irəliləmiş, Yakut bəy bu bölgəyə yürümüş, 1071-ci ildə Alparslanın komandirlərindən Əbülqasım Ərzurumun idarəçiliyini öz əlinə almışdı. Saltuklular bəyliyinin qurulması Əbülqasimin Ərzurumu fəth etməsilə talrix səhnəsinə çıxmışdı. İndi o dönəmin şahidliyini üç Kümbəzlər adıyla tanınan Əmir Saltuk abidəsi etməkdədi. Bu tarixi diyarda sırasıyla Melik Ali, Melik Nasreddin Mehmed, Məlik şah, Melik Alaeddin hökmranlıq etmişlər. 1242-ci ildə isə Monqollar bölgəyə hücum etmişlər. Sonra Fateh Teymur, Elxanilər marağının kəsişdiyi bölgəyə dönmüşdü Ərzurum. Elxanilərdən sonra Eretna türk bəyliyinin himayəsinə keçən Ərzuruma 1300-cü ilin sonlarında əvvəlcə Qaraqoyunlular, sonra da Fateh Teymur idarəçiliyini yaşadı. 1467-ci ildə Ağqoyunluların başçısı Uzun Həsən burada idarəçiliyi ələ aldə. 1508-ci ildə isə Ağqoyunlu dövləti Şah İsmayıl Xətai tərəfindən tamamilə ortadan qaldırdı. Ərzurum büsbütün Səfəvilər idarəçiliyi altına keçdi. Bu idarəçilik 1514-cü ildə Osmanlı sultanı Yavuz Sultan Səlim Ərzurumu fəth etdiyi günəcən davam etdi. Az keçmədi qanuni Sultan Süleyman Ərzurumu Osmanlı torpağının ayrılmaz bir hissəsinə çevirdi. Bu qədim bölgə Osmanlı imperatorluğu dönəmində özünün sürətli inkişaf mərhələsinə qədəm qoydu. Ərzurumun Trabzon-Təbriz ticarət yolu üstündə olması onun iqtisadi-mədəni inkişafında xüsusi rol oynamışdır.Bu qalanın içində…1577-ci ilin 7 may günündə İstanbuldan Ərzurum bəylərbəyinə göndərilən əmrdə tələb olunurdu ki, Ərzurum qalasınn ətrafında yeni tabyalar bina edilsin, xəndəklər qazılsın və üzəri kiremidlə örtülsün. Ərzurum əhli qonşu dövlətlərdən gələcək bəlalardan qorunmaq amacıyla bəylərbəyi Hasan Paşadan rica etmişdilər ki, ən müasir toplarla təchiz edilmiş bürclər inşa etdirsin, mühafizə üçün etibarlı xəndəklərin qazılmasına yardımçı olsun. Sonrakı illərdə Ərzurumda qala sistemindən tabya sisteminə keçid dönəmi başladı. Tarixi qaynaqlarda qeyd olunur ki, Ərzurum tabyaları ilə ilgili ən etibarlı arxiv sənədləri 1740-cı ilə aiddi. Artıq 1800-cü ildə Ərzurumda xeyli tabya inşa edilmişdi. Məsələn, 1803-cü ildə Kiremitlik təpəsi önündə Dolma Tabya qərar tutmaqdaydı. Eləcə də, Təbriz qapısı ilə Gürcü qapısı səmtdə Seyid Tabyası ucaldılmışdı. Bu sırada Telli tabya, Kanlı tabya ayrıca seçilirdi. Topdağ önündəki tabyalar da daxil olmaqla, bu tabyalar Ərzurumu hər cür xarici basqından qorumağa müntəzir idilər. Hətta İç qalanın daxilində belə Topxana adlanan ayrıca böyük bir tabya inşa edilmişdi. Başbilənlərin bu çabaları səbəbsiz deyildi. Dünyanın gedişatın diqqətlə izləyirdilər. Axır ki, deyilənlər gəldi başa; 19-cu yüzildə Ərzurum rus basqınına məruz qaldı. Topdağı ələ keçirildi və ruslar buradan İç qalanı aramsız olaraq top atəşinə tutmağa başladılar. 1829-cu ildə Ərzurum qalasını ələ keçirən rus ordusu buradakı bütün istehkamları oda qaladılar. Bir il sonra Qalanı ruslardan geri alan Şərq Ordusunun ən tanınan qəhrəmanlarından olan Şirvanlı Fatih əfəndi sonralar yazdığı memuarında Ərzurum qalasının yağmalanmasından dərin kədər hissilə bəhs etmişdir. 1828-29-cu illərin Osmanlı-rus savaşı, xüsusilə Krım savaşı zamanı Ərzurum qala divarları və tabyaları ən ağır durumlarını yaşadı. Bu azmış kimi, 1852-1859-cu illərdə baş verən zəlzələlər Ərzurum qalasına və qala divarlarına sağalmaz yaralar vurmuşdu; bir çox bürclər və sığınacaqlar, iç qalanın qiblə səmtdən 15 metrlik divarları yerlə-yeksan oldu. Ancaq türk ruhu yenilmədi. Tezliklə yeni istehkamların yaradılması üçün əsaslı çabalar göstərilməyə başladı. Artq 93 hərbi kimi tarixə düşən Osmanlı-Rus savaşı 1877-ci ildə başlayanda Ərzurumda yeni istehkamqurma işləri başa çatmışdı. Ərzurum əhalisi bu savaşda çox ağır günlər yaşad. Əhali Bayburta çəkilməyə məcbur oldu. Təbiu ki, bu ağır dönəm tezliklə aradan qaldırldı. İşğalçı ordu öz yerinə oturduldu. İndi o illərdən bəhs edilərkən Ərzurum qalasının, Ərzurum tabyalarının misilsiz əhəmiyyətindən böyük qürur hissilə bəhs olunur. O tarixi tabyaların, istehkamların qurulmasından əməyi keçən Minbaşı Ragibin, Mesut bəyin, Canip bəyin, Rasim və Hasan əfəndilərin adları dərin hörmətlə yad edilir. Eləcə də Derik, Ömer, İbrahim, Hilmi, Hüsnü, Mustafa, Ahmet və başqalarının… İndi Ağzıaçıq, Palantökən, Sivişli, Kiçik höyük, Topalak və s. tabyalarını ziyarət edənlər bu tarixi olayları dərin üzüntü və eyni zamanda da qürur, iftixar hissilə yad edir, qəhrəman türk əsgərlərinin xatirəsini ehtiramla anırlar. Tarixə yoldaşlıq edir Süvamri qışlağı, Daş anbarlar kompleksi, Cifte Minarəli mədrəsəsi ziyarətçilərə hər nəfəs çəkimində əsgəri anbar olaraq istifadə edildiyi zamanların xatirələrini anladır.Eşq və igidliyin gerçək adı…Dədə-babadan qalma adət-ənənələrə sadiqliyi ilə seçilir Ərzurum insanları. Ta qədimdən bu bölgədə əkinçilik və heyvandarlıq sahəsi əhalinin əsas məşğuliyyəti olub. Eynilə bizim elat camaatı kimi yazda yaylaq yerlərinə köç edib, payızın əvvəllərində şəhərə üz tutublar. Bu yerlərdə şəhər həyatı ilə köçəri yaşam tərzinin ənənədən gələn vəhdəti həmişə davamlı olub. Bütün elat camaatına məxsus igidlik, mərdanəlik, açıqürəklilik məxsusdu Əzrutum camaatına. Bu səbəbdən də toplum daha çox dadaşlar adıyla tanınır. Dadaş sözü Ərzurum insanları arasında böyük qardaş, eyni zamanda igid, qorxmaz, mərd arkadaş mənasında işlənir. Daha çox türk kökənli insanların öz aralarında işlətdikləri bir müraciətdi. “Dadaş olmaq tarixi qəhrmanlıqlar, dostluqlar, sevgi və sayğı ünsiyyəti ifadə edən bir anlayışa tapınmaqdı”.Ərklə deyilən, söylnilən və daha çox doğmalıq ifadə edən simvolik bir ifadədi dadaş sözü ərzurumluların dilində. “Dadaşlar” deyilən ərzurumluların xalq oyunlarının ən etibarlı daşıyıcılarıdırlar. Bu yerlərdə “Ərzurum” deyincə “dadaş”, “dadaş” deyincə ağıla ilk gələn “bar” sözü olur. “Bar” Ərzurum coğrafiyasında çox məşhur olan, folkloryönümlü xalq oyununun adıdı. Daha çox “Əl-ələ tutmaq”, birgə rəqs etmək, toplu şəkildə halay getmək mənası verir. Bizdə bu cür oyunun qarşılığı “halay” getmək, yaxud “Yallı”dır. Araşdırmaçların fikrincə, bu, qədim türklərin Orta Asiyadan gətirdikləri bir oyundur ki, Ərzurum insanlarınn gündəlik həyatında zaman-zaman ömr edir. Bu baxımdan, “Bar” oyunları, çox qədim bir keçmişə malikdir. Tədqiqatçılar haqlı olaraq söyləyirlər ki, əsrlərdən bəri “bar” adıyla tanınan xalq oyunları dadaşların eşq, sevgi, mərdlik, qəhrəmanlıq kimi duyğuları simvolizə etməkdədi. Bu bölgə xalq yaradcılığı və xalq oyunları baxımından çox zəngin bir ərazidi. “Günümüzdə bu zənginlik bütün gözəllikləri və ilkinliyinə etinalı bir şəkildə qorunub-saxlanmaqda, yaşadılmaqdadır. Bu yerlərdə Bar qədim bir savaş oyunu, igidlərə yaraşan mərasim kimi icra olunur. Türkiyədən keçirilən məşhur xalq oyunları festivallarında Ərzurum folklor qrupları, xalq oyunçuları böyük həvəslə iştirak edirlər”.“Kəlağayı əlvan, qıyğaçı …”Türk dünyasının böyük şairi qədim türk xanımlarının özünəməxsus geyimlərini, baş örtüklərini belə təsvir edirdi. Milli geyim ənənələri türk yaddaşının həmişə vəfalı qaldığı bir aləmdi. Bu baxımdan Ərzurum insanlarının da dədə-baba geyimlərinə xüsusi sayğı ənənəsi daim yaşadılır. Ərzurum bölgəsində məhəlli geyimlər ta qədimdən günümüzəcən yaşadılmaqdadı. Ərzurumlu xanımların özəl geyimləri olan ihram (ehram) bu yerlərdə ən sevilən, adnan deyilən bir geyimdi. Adətən, 185×215 sm arası, bir qayda olaraq yundan toxunmuş örtüdür ehram. Bu fərqlilik ərzurumlulara məxsus el şənliklərində də özünü xüsusi olaraq büruzə verir. Məsələn, Ərzurumda ən məşhur el şənlikləri arasında “1001 hatimlər” mərasimi ən önəmli yer tutur. Adətən dekabr ayının əvvəlindən başlayaraq sonuna qədər-tam bir ay bütün şəhər əhli hatimlər oxumağa başlayır, ayn sonunda Ulucamidə hamı bir araya gələrək birlikdə icra edir və sonda Ərzurum üçün dualar edilir. Bu oxunan hatimlər arasında Ərzurumun mənəvi memarlarından biri olan Alvarlı Efe Həzrətlərinin beytlərindən seçmələr daha çox yer tutur.Ərzurumun mətbəxindən deyim sizəƏrzurumun Ayran aşı adnan deyilir. “Yayla şorbası” kimi də tanınır bu yemək. Son illərdə isə daha çox Cağ kababına qonaq edərlər müsafirləri. Eyni zamanda, kəsmə, maça şorbaları öz dadı, ləzzəti ilə xüsusilə seçilir. Ərzurumun ektili və əvəlikli dolmalarının dadı-tamı bir ayrıdı. Quzuğulağından hazırlananı da öz yerində. Eləcə də tel kadayıf və kadayıf dolması. Müsafir olunca ləzzətini dadmaqdan keçməyin. Ərzurumlular xamırlı yemək olaraq tatar böregini, əriştə plovunu, içli küftəni çox xoşlarla. Qoyun südündən hazırlanan pendir süfrədən əksik olmaz.Ərzurum bir turizm mərkəzidirƏrzuruma gəldinmi, gəlib könül etdinmi, imkan eləyən kimi Palantökən dağı ətraflarında yer olan turizm mərkəzlərini ziyarət eylə. Bu yerlərin iqlim şəraiti üçün xizəksürmə yarışları xüsusilə xarakterikdi. İlin bütün fəsillərində buzla örtülü yüksəkliklərdə xizək yarışmalarına qatılmağın özgə ləzzəti var. Palantökən dağının 2011-ci ildə Universitet oyunlarına ev sahibliyi etməsi hələ də yaddaşlarda şirin xatirə kimi qalmaqdadı. Bütün bunlar barədə söz açmaq xoşdu. Ancaq əvvəlcədən planlaşdırılmış tədbirlərin sırası gəlir. Ərzurumun əsrarəngiz təbiətini, tarixi abidələrini ziyarətimizə ara verib növbəti tədbirə yollanırıq. Unudulmaz bir görüşə qatılırıq. (Davamı var)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler