Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Eskalator üçün dua etdiler, kişmişe cenaze namazı qıldılar – Qeribe etiraz aksiyaları 

10 Eylül 2016

11:48 am


10/09/2016 [15:46]: xeber –
sayt Türkiyə mətbuatına istinadən ölkədə keçirilmiş qəribə etiraz aksiyaları haqqında məlumatı təqdim edir: Kişmiş qiymətlərindən razı olmayan istehsalçılar cəsəd qoyulan daşın üzərinə tökdükləri kişmişin “cənazə” namazını qılıblar.Süd istehsalçıları südün qiymətinin azaldılmasını etiraz etmək üçün süd vannasında yuyunublar. Piyada keçiddə eskalatorunun  işləməməsinə etiraz edən piyadalar eskalatorun işləməsi üçün dua oxuyub.Ekologiyanı qoruyan cütlük Çoruh çayının çirkləndirilməsinin qarşısını almaq üçün hazırladığı layihəni tanıtmaq məqsədilə boş su şüşələrdən düzəltdikləri qayıqla çayın üzərində gəzib.Avtomobilinin qırılan yan müşahidə  güzgüsünün orijinalını tapa bilməyən sürücü istehsalçı firmaya etiraz edərək maşına əl-üzyuyanın güzgüsünü bağlayıb. Dünya Su Günü çərçivəsində “Bursanın suyu üçün susayırıq” yürüşü keçirilib.Küçədə ayaqqabı boyayan uşaqlar boya sandıqlarının üzəriə yazılar yazaraq polisə etiraz edib. Yüksəkovada sürücülər dağılmış narahat yollara diqqət çəkmək məqsədilə yollardakı çuxurlara ağac əkiblər.  Onlara veriləcək pulu ala bilməyən gebzespro futbolçuları 5-0 hesabıyla qalib gəldikləri oyunun ardından  formalarını çıxararaq sahədə qazonların üzərinə səriblər.Marmarisdə teatr salonu olmamasına etiraz edən aktyorlar tamaşalarını dənizin içində oynayıblar. Eskişehirdə bələdiyyənin tramvay və avtobus nəqliyyatına qoyduğu məhdudiyətə etiraz edən tələbələr “Elramvay” adı verdikləri market səbəti ilə küçələri dolaşıb. Göztepe tərəfdarları məğlub olan komandalarını etiraz edərək meydançaya arxalarını çevirib. Bank kreditini ödəməyən və haqqında icra tələbi başlanılmış bir fermer traktorunu tarlada tərs çevirərək satışa çıxarıb.Hazırladı: Zəhra 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler